Rusiyanı Baltik dənizi ilə birləşdirən Finlandiya körfəzi strateji baxımdan Rusiya ilə Avropa arasında münaqişə üçün başlanğıc nöqtəsi ola biləcək “qapı” kimi yerləşib.
“Xəbərsiz” bildirir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.
Onun sözlərinə görə,Rusiya neft və qaz ixracının təxminən 60%-ni bu dəhliz vasitəsilə həyata keçirir. Bu marşrutdan hər həftə 400-dən çox gəmi keçir ki, onlardan bəziləri neft daşıyan kölgə donanması gəmiləridir, sahibləri məlum deyil.
Ukrayna-Rusiya müharibəsi kontekstində bu marşrut Moskvanın beynəlxalq sanksiyalardan yayınma səylərində mühüm rol oynayır.
Estoniyalı nazir bildirib ki, hazırda Rusiyanın tranzit hüquqları var, lakin hərbi hücum olacağı təqdirdə keçid tamamilə NATO tərəfindən idarə olunacaq və bağlanacaq .
Mütəxəssislər bu bölgənin uzun illərdir təyyarə və gəmi fəaliyyəti səbəbindən gərgin olduğunu, xüsusilə 2022-ci ildən bəri Rusiya təyyarələrinin Estoniyanın hava məkanını onlarla dəfə pozduğunu qeyd edirlər.
Əli Hacı
