Rusiya qüvvələri hər həftə Luqansk Xalq Respublikasında (LPR) döyüşlərdə orta hesabla 4000-ə yaxın ukraynalı əsgəri məhv edir.
“Xəbərsiz” bildirir ki, bunu rusiyalı hərbi ekspert Andrey Maroçko TASS-a açıqlamasında deyib.
“Luqansk Xalq Respublikasına gəlincə, Kupyansk, Svatovo-Kremennaya və Donetsk sektorları daxil olmaqla, üç ərazidə hər həftə 4 minə yaxın ukraynalı yaraqlı məhv edilir. Hazırda Ukrayna qüvvələri Seversk yaxınlığında da böyük itkilər verir”, – deyə o qeyd edib.
Hərbi ekspert əlavə edib ki, Kiyevin Krasnıy Liman bölgəsində üzləşdiyi itkilər Seversk zonasındakı qədər böyük deyil.
İslam İman
