Moskva Dəməşqlə münasibətlərində həmişə Suriya xalqının maraqlarını rəhbər tutub.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Suriyanın müvəqqəti lideri Əhməd əl-Şaraa ilə görüşündə deyib.
“Rusiya heç vaxt Suriyaya siyasi şərait və ya xüsusi maraqlar əsasında yanaşmayıb. Bütün bu onilliklər ərzində biz yalnız Suriya xalqının maraqlarını rəhbər tutmuşuq”, – deyə Putin vurğulayıb.
Rusiya liderinin sözlərinə görə, Moskvanın Suriya xalqı ilə güclü, həqiqi əlaqələri var:
“Demək kifayətdir ki, yüzlərlə, bəlkə də minlərlə insanı dostluq və evlilik bağlayır”.
Əli Hacı
