Rusiya regionlarında benzinlə bağlı vəziyyət nəzarət altında qalır, ölkə üzrə tələb və təklif balansı təmin olunub.
“Xəbərsiz” xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Valday Beynəlxalq Diskussiya Klubunun illik sessiyası çərçivəsində jurnalistlərə bildirib.
“Vəziyyət tam nəzarətdədir. Energetika Nazirliyi bütün regionlarla aktiv şəkildə gündəlik rejimdə işləyir. Bütövlükdə, hazırda ölkə üzrə sabit tələb-təklif balansına malikik. Bəzi bölgələrdə müəyyən lokallaşdırılmış təchizat məsələləri Energetika Nazirliyi tərəfindən yerli hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində əl ilə həll edilir, zəruri neft məhsullarının mövcudluğu və çatdırılması təmin edilir”, – deyə Novak əlavə edib.
Əli Hacı
