Rusiyanın “təcavüz”ünün başlamasından keçən dörd il ərzində Ukrayna Avropanın müdafiə xəttinə çevrilib.
“Xəbərsiz” xəbər verir ki, bunu Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Sammitinin açılış plenar sessiyasında çıxış edən Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
Frederiksen qeyd edib ki, müdafiə üçün çox işlər görülüb, lakin Rusiyanı dayandırmaq üçün silahlanmanın sürətləndirilməsi və Ukraynaya dəstəyin artırılması vacibdir.
“Rusiya ilə sülhə nail olmağın yeganə yolu gücdən keçir. Biz Ukraynanı gücləndirməliyik və Rusiyanı sanksiyalarla zəiflətməliyik”, – o bəyan edib.
İslam İman
