Ruslara vasitəçilərin müdaxiləsi olmadan boşanmaq qadağan ediləcək
Rusiya hökuməti çətin demoqrafik vəziyyət fonunda ailə mübahisələrinin mediasiya yolu ilə, yəni müstəqil vasitəçilərin cəlb edilməsi yolu ilə həlli üçün məcburi məhkəmədənkənar prosedur təklifləri hazırlayır.
“Xəbərsiz” bildirir ki, bu, Rusiya Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ailə və demoqrafik siyasətin həyata keçirilməsi planında qeyd olunur.
Təklif olunan normalara əsasən, boşanmaq qərarına gələn rusiyalılar, xüsusən də uşaqların iştirak etdiyi hallarda, mübahisələrin məhkəmədənkənar həllinin bir hissəsi olaraq vasitəçi ilə “məlumatlandırma görüşü”ndə iştirak etməli olacaqlar. Mediasiya zamanı mübahisə üzrə icraat dayandırılacaq. Bundan əlavə, hakimiyyət orqanları vahid vasitəçilər reyestri yaratmaq və bu sahəni tənzimləyən səlahiyyətli federal orqan yaratmaq istəyirlər.
Planda qeyd edildiyi kimi, digər yeni məqam rusiyalıları “uşaqlarla bağlı ailə mübahisələri üzrə məhkəmə qərarlarının məcburi icrası mərhələsində” də vasitəçilikdən istifadə edə biləcəkləri barədə məlumatlandırmaq olacaq.
Dəyişikliklərin “Vasitəçinin iştirakı ilə alternativ mübahisələrin həlli proseduru (vasitəçilik proseduru) haqqında” Federal Qanuna edilməsi planlaşdırılır. Qanun layihəsinin hazırlanması Ədliyyə, İqtisadi İnkişaf, Əmək və Maliyyə nazirliklərinə həvalə edilib. İcra müddəti 2026–2027-ci illərdir.
Xəbərsiz





