SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
17 Avqust 2026
Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib
17 Avqust 2026
Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?
15 Avqust 2026
Əsas/Cəmiyyət/Şəhid yoldaşı Azəraqrardan ŞİKAYƏTÇİDİR: Torpaq var amma müqavilə İMZALANMAYIB 
CəmiyyətBaxış bucağı

Şəhid yoldaşı Azəraqrardan ŞİKAYƏTÇİDİR: Torpaq var amma müqavilə İMZALANMAYIB 

Xəbərsiz Media
12 İyun 2026

Ağstafa rayon sakini Orucova Nazilə Azəraqrar MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində maddi ziyana məruz qaldığını iddia edir.

“Xəbərsiz” xəbər verir ki,məsələ ilə bağlı Nazilə xanım özü Ajans.az-ın qaynar xəttinə etdiyi müraciətində bildirib. Onun sözlərinə görə, yeddi il ərzində istifadə etdiyi 8 nömrəli yataq sahəsi əlindən alınıb. O bildirir ki, həmin ərazidə uzun müddət dövlətə və özünə məxsus heyvanları saxlayıb, bütün fəaliyyətini qanuni şəkildə həyata keçirməyə çalışıb və dövlətə vergi ödəmək istəyib.

Şikayətçinin sözlərinə görə, 2024-cü il avqustun 12-də gecə saatlarında onun heyvanları Ağstafa rayonunun Ceyrançöl ərazisində yerləşən dövlət əmlakından çıxarılıb. O iddia edir ki, heyvanlarının bir hissəsi evinin qarşısına gətirilsə də, bir qismi itib. Nazilə xanım deyir ki, həmin vaxtdan etibarən müraciətlərinə baxılmır.

O, bildirir ki, əlində müqavilələr, səs yazıları və digər sübutlar var. O qeyd edir ki, Azəraqrar MMC-yə məxsus yataqlarda illərlə vergi ödəmədən heyvandarlıqla məşğul olan şəxslər mövcuddur. Şikayətçi hesab edir ki, bəzi şəxslər qeyri-rəsmi yollarla bu imkanlardan yararlanır.

Onun sözlərinə görə, 18 mart tarixində Azəraqrar MMC-nin vəzifəli şəxslərindən biri ilə görüşü zamanı ona bildirilib ki, 8 nömrəli yatağın istifadəsi üçün 20 min manat dövlət büdcəsinə, əlavə olaraq isə 60 min manat idarəyə ödənilməlidir:

“Mən həmin şəxsdən bunun hansı qanuna əsaslandığını soruşdum. Dedim ki, əgər belə qanun varsa, mənə göstərin. Mənim o qədər vəsaitim yoxdur. Dövlətə vergi ödəməyə razıyam, amma əlavə olaraq 60 min manatın hansı əsasla tələb edildiyini başa düşmürəm”, – deyə Nazilə Orucova bildirib. Şikayətçi iddia edir ki, Ceyrançöl ərazisində yerləşən yataqlar bəzi hallarda müxtəlif şəxslərə satılır və ya icarəyə verilir. Onun sözlərinə görə, uzun illər istifadə etdiyi torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə verildiyini öyrənib.

O, qeyd edir ki, 2025-ci ildə həmin əraziyə heyvanlarını apardıqda ona bildirilib ki, yataq artıq başqa şəxslərə verilib. O, buna etiraz etdiyini, əlində müqavilələrinin olduğunu və yeddi il həmin ərazidən istifadə etdiyini desə də, nəticə əldə edə bilməyib. Şikayətçinin sözlərinə görə, sonradan polis əməkdaşlarının iştirakı ilə heyvanları başqa yatağa aparılıb. O iddia edir ki, bu proses zamanı ona qarşı kobud davranılıb, təhqir olunub və nəticədə bəzi heyvanları itib və ya tələf olur. Nazilə xanım daha sonra Kənd Təsərrüfatı Nazirliyinin daxili yoxlama qrupunun ərazidə araşdırma apardığını bildirib.

Onun sözlərinə görə, yoxlama zamanı dövlətə məxsus qoyunların sayında ciddi uyğunsuzluqlar aşkarlanıb:

“Dörd min baş qoyundan cəmi 360 baş qaldığını gördük. Həmin heyvanların da bir hissəsinin başqa şəxslərə məxsus olduğu bildirildi. Yoxlama qrupu bütün faktları araşdırdı və izahatlar aldı”.

Şikayətçi hesab edir ki, dövlətə məxsus heyvanların satılması və digər qanunsuzluqlarla bağlı araşdırmalar aparılmalıdır. O iddia edir ki, bəzi şəxslər bu proseslərdə iştirak etsələr də, məsuliyyətə cəlb edilməyiblər. Dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edib, qurumlarda qəbulda olub. Müraciətlərinə baxılsa da, problemin tam həlli istiqamətində nəticə əldə olunmayıb.

Şikayətçinin sözlərinə görə, ona 8 nömrəli yatağın müəyyən hissəsinin istifadəyə verilməsi ilə bağlı məktub təqdim edilsə də, həmin ərazi üzrə müqavilə bağlanmayıb.

“Mənə sadəcə məktub veriblər. Halbuki mənə müqavilə lazımdır ki, dövlətə vergi ödəyim və heyvanlarımı qanuni şəkildə saxlayım. Müqavilə olmadığı üçün fəaliyyətimi rəsmiləşdirə bilmirəm”.

O həmçinin iddia edir ki, bəzi şəxslər həmin yatağın özlərinə məxsus olduğunu bildirərək onu hədələyiblər. Sonda qeyd edib ki, əsas tələbi ona dəymiş maddi ziyanın ödənilməsi, itkin düşən heyvanların taleyinin araşdırılması, işin yenidən obyektiv şəkildə araşdırılması və qanuni müqavilənin təqdim edilməsidir.

“Dövlətə vergi ödəmək istəyirəm. Mənim istəyim yalnız qanuni fəaliyyət göstərməkdir. Amma qarşıma müxtəlif maneələr çıxarılır. Hesab edirəm ki, bunun əsas səbəbi rüşvət verməməyimdir”, – deyə şikayətçi vurğulayıb. Qeyd edək ki, Nazilə Orucova Ağdərənin alınması uğrunda şəhid olan Çingiz Orucovun həyat yoldaşıdır.

Məsələ ilə bağlı qarşı tərəf olaraq məsələdə adıçəkilən Azəraqrar MMC-də direktor müavini olan Həsən Abdullayevlə əlaqə saxladıq. O bildirib ki, dövlət tərəfindən Nazilə Orucovaya 20 hektar Ağstafa rayonu ərazisindən torpaq verilib. Onun sözlərinə görə, həmin torpaq sahəsi demək olar ki ödənişsiz verilib. Direktor müavini bildirib ki, torpaqla bağlı müqaviləyə hələ də imza atılmayıb, ancaq verilən ərazidə əkin əkilib, hətta ərazi başqa birinə də satılıb. O, xanımın dələduzluqla məşğul olduğunu iddia edib. Həsən Abdullayev vurğulayıb ki, onun məsələ ilə əlaqəsi yoxdur. Heyvandarlıqla əlaqəsi olmadığını da deyib. Həmçinin qurumun şəhid ailələrinə, qazi ailələrinə hörmətlə yanaşdığını da bildirib.

O bildirib ki, şikayətçi xanım dövlət əmlakını satıb. O, Nazilə xanımın vergi iddiasına da aydınlıq gətirdi. Onun sözlərinə görə xanımın dediyi məsələ tamam fərqlidir. Vergi yox ödənişdir, vergini isə aldığı məhsulu satdıqdan sonra ödəməlidir. O deyir ki, xanım məsələn deyir ki, 900 manat ödəniş edəcək. Ancaq əməl etmir.

Sözügedən ödəniş “vergi” ödənişi deyil. Torpaqla bağlı icarə müqaviləsi bağlanır və onun əsasında torpaq icarəsi ödənişi olur. Bir daha qeyd edir ki, vergini alıb satdığı məhsuldan ödəməlidir.

O qeyd edib ki, qanun qarşısında hərkəs – şəhid ailəsi, qazi ailəsi, əlil ailəsi və normal ailə də- bərabərdir. Həsən Abdullayev son olaraq bildirib ki, Ağstafada əkdiyi 20 hektar əkin sahəsinin müqaviləsi bu günə kimi hələ də imzalanmayıb və ödəniş də olunmayıb.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm17 Avqust 2026

Sara Əliyeva mukafata layiq görülüb

Mədəniyyət17 Avqust 2026

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib

Gündəm15 Avqust 2026

Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?

Hadisə15 Avqust 2026

Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA

Dünya15 Avqust 2026

Ukrayna ordusu Rusiyada bu mərkəzi “Flaminqo” ilə vurdu

Dünya15 Avqust 2026

84 yaşlı tanınmış şair DƏNİZDƏ BOĞULDU

Cəmiyyət15 Avqust 2026

Azərbaycanda 13 yaşlı qız atasının dostundan hamilə qaldı

Cəmiyyət15 Avqust 2026

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin SAYI AÇIQLANDI

Gündəm12 Avqust 2026

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

Dünya12 Avqust 2026

Türkiyədə F-16 qəzaya uğradı

Həmçinin oxu

Gündəm

Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?

No Comment
265 baxış
Cəmiyyət

Azərbaycanda 13 yaşlı qız atasının dostundan hamilə qaldı

No Comment
231 baxış
Cəmiyyət

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin SAYI AÇIQLANDI

No Comment
320 baxış
Cəmiyyət

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

No Comment
33 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 809
Cəmiyyət 2192
Dünya 1268
Elm və təhsil 377
Gündəm 1276

Bütün müəllif hüquqları qorunur - 2026