Yaşlı insanlarda səhər yeməyini yeməmək yorğunluq, depressiya əlamətləri və ağız sağlamlığı problemləri riskini artırır.
“Xəbərsiz” xəbər verir ki, bunu amerikalı dietoloq Həsən Daşti BBC Science Focus-a verdiyi müsahibədə deyib.
O, günün ilk yeməyinin təxirə salınmasının ömür uzunluğunun azalması ilə əlaqəli olduğunu açıqlayıb.
Daşti, əvvəllər üç min yaşlı insanı əhatə edən geniş bir araşdırmada iştirak etdiyini bildirib. Araşdırmanın nəticələri göstərib ki, səhər yeməyini gecikdirən yaşlıların sonrakı on il ərzində sağ qalma nisbəti daha aşağıdır. Bundan əlavə, bu qrupun xroniki yorğunluq, depressiya əlamətləri və ağız sağlamlığı problemləri ilə qarşılaşma ehtimalı daha yüksəkdir.
Əli Hacı
