13.12.2025 / 3:09
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 9°C
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
SON DƏQİQƏ! Əli Kərimliyə ittiham irəli sürülüb•Bakıda yanğın başladı•Çin Yaponiyanı öz hərəkətlərinə yenidən baxmağa çağırır•İsrail ordusundan həmlə – 13 nəfər öldürülüb•General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
SON DƏQİQƏ! Əli Kərimliyə ittiham irəli sürülüb•Bakıda yanğın başladı•Çin Yaponiyanı öz hərəkətlərinə yenidən baxmağa çağırır•İsrail ordusundan həmlə – 13 nəfər öldürülüb•General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Ana Səhifə Sağlamlıq

Şəkərli diabet riskiniz varsa, onun qarşısını ala və ya gecikdirə bilərsiniz

Xəbərsiz Media Xəbərsiz Media
24.11.2025 / 11:04
Sağlamlıq
A A

Şəkərli diabet bir çox ciddi xəstəliyin meydana gəlməsində rol oynayan və dünyanın hər yerində rast gəlinən bir xəstəlikdir.
Şəkərli diabetin yaranma səbəbləri, növləri və əlamətləri, onun müalicəsi və digər suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun endokrinoloqu Aygün Əliyeva aydınlıq gətirir.

– Aygün xanım, ilk öncə bilmək istərdik ki, şəkərli diabet nədir?

– Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas göstəricisidir. Xəstəliyin səbəbi insulin hormonu ifrazının hansısa səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir.
Bir çox növü olan şəkər xəstəliyinin ən çox rast gəlinən və adətən 35-40 yaşdan sonra ortaya çıxan Tip 2 diabetdir. Bu tip diabet zamanı mədəaltı vəzində yetərincə insulin ifraz oldunduğu halda hüceyrələrdə olan insulin reseptorlarının işləməməsi səbəbindən insulin hormonuna qarşı həssaslıq itir.
Bu zaman şəkər (qlükoza), insulin tərəfindən hüceyrələrə daşına bilmir və qlükoza miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itkisi, çox su içmək və çox yemək yemə kimi simptomlarla təzahür edir.

A woman in a white lab coat stands confidently, with a medical symbol in the background. Text includes her name and title.
a person holding a device

– Doktor, şəkər xəstəliyi nədən yaranır?

– Şəkər xəstəliyinin yaranma səbəbləri növündən asılı olaraq dəyişir. Tip 1 diabetin dəqiq səbəbləri tam bilinməsə də, onun əsasən autoimmun xəstəlik olduğu düşünülür. Tip 2 diabet əsasən həyat tərzi və genetik faktorlarla, artıq çəki və piylənmə, streslə əlaqədardır.
Diabet, bədənin karbohidratları şəkərə (qlükozaya) çevirməsi və ya bu şəkərin qanda yüksək qalması nəticəsində yaranır. Bu, insulinin ya istehsal edilməməsi, ya da düzgün işləməməsi səbəbindən baş verir. İnsulinin vəzifəsi, qlükozanı hüceyrələrə daxil edərək enerji üçün istifadə etməyə kömək etməkdir.
Bədən hüceyrələri insulinə düzgün cavab vermədikdə (insulininə davamlılıq), insulin şəkəri hüceyrələrə daxil edə bilmir və nəticədə qan şəkəri yüksəlir. Bu vəziyyət, karbohidrat, zülal və yağ mübadiləsində pozğunluğa səbəb olur və qanda qlükozanın yüksək səviyyədə qalması ilə özünü göstərir.

– Fiziki aktiv həyat tərzi ilə diabetin qarşısını almaq mümkündürmü?

– Şəkərli diabet riskiniz varsa, onun qarşısını ala bilərsiniz. Belə ki, şəkər xəstəliyinin idarə olunmasında müntəzəm fiziki aktivlik mühüm rol oynayır. Gündəlik məşqlər bədənin insulinə həssaslığını artıraraq qan şəkərin səviyyəsini stabilləşdirir. Həftənin 5 günü, gündə ən azı 30 dəqiqə idman və ya fiziki fəaliyyətlə məşğul olmağa çalışın. Gəzinti, üzgüçülük və ya yüngül idman növləri şəkər xəstələri üçün tam uyğundur.
Həmçinin, çəkiyə nəzarət diabetin qarşısının alınmasının vacib hissəsidir. Belə ki, sağlam qidalanma planına əməl etmək, hər gün qəbul etdiyiniz kalorilərin miqdarını azaltmaq olduqca vacibdir. Bundan əlavə, rasionunuza çoxlu miqdarda tərəvəz və meyvə, tam taxıllı, paxlalı bitkiləri daxil etmək, eyni zamanda qırmızı ət istehlakını məhdudlaşdırmaq tövsiyə olunur.

– Həmçinin bilmək istərdik ki, qan şəkərinin norması hansı aralıqda olmalıdır?

– Xəstəliyin diaqnozunu qoymaq üçün qan şəkərini səviyyəsini ölçmək əsas üsullardan biridir. Normal qan şəkəri-100 mq\dl.100-125 mq\dl arasında şəkər önü vəziyyət olur. 126 mq\dl yuxarı şəkərli diabetin göstəricisidir. Bundan başqa HB1AC (qlikohemoqlobin) testi son 3 ay ərzində qanda şəkərin orta səviyyəsini göstərən bir analizidir. Bu test daha dəqiq məlumat verir və diabetin ilkin mərhələsində istifadə olunur. HB1AC səviyyəsi normal orqanizmdə 5.6%-dir. HB1AC 5.7-6.4 % gizli şəkərin 6.5% və ondan yuxarı olması diabet diaqnozu üçün əsasdır.
Bəzi hallarda şəkər yükü testi (OGTT) tətbiq olunur. Test zamanı xəstəyə müəyyən miqdarda şəkər məhlulu içirdikdən sonra qan şəkərin səviyyələri ölçülür. Bu üsul xüsusən hestasion şəkərli diabetdə effektlidir.

– Qadınlarda və kişilərdə diabet fərqli şəkildə özünü göstərə bilərmi?

– Qadınlarda və kişilərdə diabet formaları eynidir. Lakin bəzi spesifik fərqlər mövcuddur. Qadınlarda hamiləlik diabeti, polikistik yumurtalıq sindromu, vaginal infeksiyalar, kişilərdə isə erektil disfunksiyası, testosteron səviyyəsi, prostat problemləri kimi spesifik fəsadlara daha çox rast gəlinir.
Hər iki cinsdə müntəzəm qan şəkəri monitorinqi və həyat tərzi dəyişikliklər vacibdir.

– Hamiləlik zamanı yaranan diabet doğuşdan sonra keçirmi?

– Hamiləlikdə yaranan diabet, hamiləlik zamanı ortaya çıxan və adətən doğuşdan sonra keçən bir şəkər xəstəliyidir. Bu vəziyyət ana və körpə üçün müəyyən risklər yaradır. Lakin sağlam həyat tərzi, düzgün qidalanma və həkim nəzarəti ilə idarə oluna bilər. Hamiləliyin ikinci trimestrində bu diaqnozu yoxlamaq üçün testlər aparılır.
Piylənmə, fiziki passivlik, nəzarətsiz karbohidrat istehlakı, doymuş və trans yağ turşuları, emal edilmiş məhsulların həddən artıq istehlakı hamiləlikdə şəkəri yüksəldən əsas səbəbləridir. Bununla bərabər, genetik və ətraf mühit amillərinin də hamiləlikdə şəkərin yaranmasında təsirləri var.
Hamiləlik planlaşdıran qadınların hamiləlik öncəsi bədən çəkisinin optimal aralıqda olmasına və hamiləlik dövründə artıq çəki artımı olmamasına diqqət edilməsi tövsiyə olunur.
Hestasion diabet adətən hamiləliyin 24-cü həftəsində inkişaf edir. Hamiləliyin 24-cü və 28-ci həftələri arasında hamiləlik şəkər testi edilməsi son dərəcə vacibdir. Ana və körpənin sağlamlığını qorumaq məqsədi ilə hamiləlik şəkəri testi etdirilməsi tövsiyə edilir. Hamilənin özündə və ya ailə tarixçəsində tip 1 və tip 2 diabet varsa, hamiləliyin erkən dövrlərində həkim nəzarətində irəliləməsi təmin edilməlidir.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Azərbaycanda yeni tibb saytları fəaliyyətə başlayacaq
Sağlamlıq

Azərbaycanda yeni tibb saytları fəaliyyətə başlayacaq

Dekabr 11, 2025
“TƏBİB-in çağrı mərkəzinə 11 672 zəng daxil olub” - Zamirə Ədilova
Sağlamlıq

“TƏBİB-in çağrı mərkəzinə 11 672 zəng daxil olub” - Zamirə Ədilova

Dekabr 11, 2025
Azərbaycan səhiyyəsi 33 yaşlı gənci belə "öldürdü" - Kardiologiya İnstitutuna İTTİHAM
Manşet

Azərbaycan səhiyyəsi 33 yaşlı gənci belə "öldürdü" - Kardiologiya İnstitutuna İTTİHAM

Dekabr 9, 2025
“Uşaqlarla bağlı müraciətlərə xüsusi diqqət göstərilir” - Zamirə Ədilova
Sağlamlıq

“Uşaqlarla bağlı müraciətlərə xüsusi diqqət göstərilir” - Zamirə Ədilova

Dekabr 8, 2025
“Özəl tibb sektoruna müraciət imkanları artır” - Aynurə Əhmədova
Sağlamlıq

“Özəl tibb sektoruna müraciət imkanları artır” - Aynurə Əhmədova

Dekabr 8, 2025
Yanğında xəsarət alanların SON DURUMU
Sağlamlıq

Yanğında xəsarət alanların SON DURUMU

Dekabr 5, 2025

XƏBƏR LENTİ

Azərbaycanda bu şəxslərə mənzil veriləcək

Azərbaycanda bu şəxslərə mənzil veriləcək

12 Dekabr, 25 / 23:38
ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı

ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı

12 Dekabr, 25 / 22:00
İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

12 Dekabr, 25 / 16:16
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

12 Dekabr, 25 / 16:00
MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

12 Dekabr, 25 / 15:29
Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

12 Dekabr, 25 / 15:27
Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

12 Dekabr, 25 / 15:07
Ərdoğan Putinlə görüşdü

Ərdoğan Putinlə görüşdü

12 Dekabr, 25 / 14:50
DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

12 Dekabr, 25 / 14:28
"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

12 Dekabr, 25 / 13:49
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2025