SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək
24 İyul 2026
Əhaliyə xəbərdarlıq edildi – Şənbə və bazar günlərində…
24 İyul 2026
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24 İyul 2026
Əsas/Baxış bucağı/Sənət qalası, yoxsa bayağılığın səhnəsi? - OPERA STUDİYASI BU GÜN... - VİDEO
Baxış bucağıManşetSon Dəqiqə

Sənət qalası, yoxsa bayağılığın səhnəsi? - OPERA STUDİYASI BU GÜN... - VİDEO

Xəbərsiz Media
06 Aprel 2026

Güman edirəm ki, ötən gün müğənni, milyonların “sevimli” ifaçısı Vəfa Şərifovanın Bakı Musiqi Akademiyası (keçmiş Bakı Konservatoriyası) nəzdində Opera studiyasında baş tutan “konsertindən” xəbərdarsınız…

Bilirəm, Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə hörməti olan heç bir şəxs bu “konsertə” ciddi iş kimi yanaşmır. Əksinə, sənətçilərimiz ürək ağrısı ilə imdad edirlər…

Bugünkü reallıq Azərbaycan mədəniyyətinin önəmli musiqi səhnələrindən biri olan Opera studiyasında bayağı ifaçıların səhnə aldıqlarını əks etdirsə də, tamam başqa bir reallıqda bu tip ifaçıların hansı səviyyədə olduqlarını, layiq olduqları yerləri aşkar nümayiş etdirir.

Məsələn, bir vaxtlar televiziyalarda at oynadan, teleməkanı əsir alıb, hətta bəzən efirə çıxmaq üçün müəyyən şərtlər qoyan, sönən ulduzlar – Vəfalar, Şəbnəmlər, Nəfəslər niyə yoxdurlar? Nə oldu? Nə dəyişdi? Axı onlar bizə sənətkar, ulduz, flaqman kimi təqdim olunurdular… Bəs indi haradadırlar?!

Deməli, haqq-ədalət öz yerini mütləq tapacaqmış. Sadəcə səbr etmək lazım imiş…

Lakin səbr edib Vəfa Şərifova və onun sırasından olan müğənnilərin Opera studiyası kimi vacib bir səhnədə konsert verməyinə də göz yummaq olmaz.

Axı o studiyanın əsasını qoyanlardan biri məhz Üzeyir Hacıbəyli olub… Axı o studiyada müxtəlif zamanlarda Bülbül, Rəşid Behbudov, Niyazi, Fidan Qasımova, Xuraman Qasımova, Lütfiyar İmanov, Müslüm Maqomayev kimi dahilər, şedevrlər səhnə alıblar… Axı ora Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərir… Axı ora Azərbaycan musiqisinin təməl daşını qoyanların yadigarıdır…

Niyə bütün mədəniyyətimizi maddiyyata qurban vermişik? Məsələnin kommersiya tərəfini istisna etmirik. Və bu da reallıqdır ki, bu gün Vəfa Şərifovanın o zalın ödənişini edib, konsert vermək üçün yetəri qədər maliyyəsi var. Qazancı daha artıq olsun! Bəs musiqimizin qazancı? Bəs bizim vicdanımız?

Musiqinin keşiyində duranlar, televiziyalarda bar-bar bağırıb “Azərbaycan musiqisi müqəddəsdir” deyənlər niyə susublar? Niyə Üzeyir Hacıbəyliyə, Rəşid Behbudova, Müslüm Maqomayeva – Konservatoriyaya, Opera studiyasına endirilən zərbələrə göz yumurlar? Sizidəmi pulla susdurublar? Hara baxır musiqiçilərimiz? Nə işlə məşğuldur Konservatoriyanın aidiyyatı şəxsləri? Məgər öyrətməklə hər şey bitirmi? Bəs qorumaq?

Niyə qorumursunuz? Qoruya bilmirsinizsə, gedin! Oxumayın, öyrətməyin! Hər şey göz önündədir. Kimin nə olduğu, nə etdiyi bilinir. Məlumdur kimin kimə havadarlıq etdiyi. Xalqa göstərilib pula əyilənlər.

Sənətkar olmaq həm də qorumaqdır – ona miras qoyulanları, xalqın sərvətini, millətin mədəniyyətini. Pula satmaq deyil musiqini, sənəti, ən əsası da vicdanı…

Niyə satırsınız? Niyə susursunuz? Kim icazə verib o xanıma? Niyə müqəddəs məkanları çirkləndirirsiniz?

O səhnədə çıxış edən ilk bayağı, qeyri-peşəkar Vəfa Şərifova olsa, qəlbimiz bu qədər yanmazdı. Ötən günlərdə meyxanaçı, bayağı ifaçıların “bəstəkarı”, söz yazarı, “musiqi dühası” İfrat da orada konsert verib. Adamın dili, ağzı quruyur. Nə demək, necə demək lazım olduğunu bilmirsən.

Axı dərdimizi kimə danışaq? Kiminlə məsləhətləşək? Kimdən soruşaq ki, bunlar niyə orada çıxış edirlər? Niyə o səhnənin adı ucuzlaşdırılır?

Konsert vermək ayrılıqda təqdirəlayiq addımdır. Bu, inkişaf etmək arzusundan doğan bir ideyadır. Amma hər kəsin layiq olduğu bir yer var. Necə ki, siz televiziyalara layiq deyilsiniz, eyni ilə də o səhnələr sizin üçün deyil! Ora toxunmaq, o səhnəyə ayaq basmaq olmaz!

Sizin kimi ifaçılara da konsert proqramı ilə çıxış etmək üçün yetəri qədər məkan var. Narahat olmayın. Məsələn, restoranlar, şadlıq evləri, çayxanalar, kafelər, kabinetlər və s.

Sizin repertuarınız ora üçün nəzərdə tutulub. Kimisə alçaltmaq kimi məramımız yoxdur. Lakin sizə repertuarınızı xatırladır, yerinizi göstəririk.

Layiq olduğunuzdan artığına əl uzatmayın! Siz Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti üçün yaxşı mənada heç nə etməmisiniz. Əlinizə fürsət düşən kimi ya qeyri-peşəkar musiqiləri təbliğ edib, pul qazanmısınız, ya da mədəniyyətsizliyin təbliğatçısı olmusunuz.

Ziyafət Əlisoy

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Hadisə24 İyul 2026

Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı

Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Həmçinin oxu

Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
15 baxış
Gündəm

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

No Comment
1.7K baxış
Gündəm

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

No Comment
313 baxış
Manşet

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 

No Comment
195 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2166
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026