12.12.2025 / 22:04
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 10°C
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
SON DƏQİQƏ! Əli Kərimliyə ittiham irəli sürülüb•Bakıda yanğın başladı•Çin Yaponiyanı öz hərəkətlərinə yenidən baxmağa çağırır•İsrail ordusundan həmlə – 13 nəfər öldürülüb•General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
SON DƏQİQƏ! Əli Kərimliyə ittiham irəli sürülüb•Bakıda yanğın başladı•Çin Yaponiyanı öz hərəkətlərinə yenidən baxmağa çağırır•İsrail ordusundan həmlə – 13 nəfər öldürülüb•General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Ana Səhifə Dünya

Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin

Xəbərsiz Media Xəbərsiz Media
10.12.2025 / 12:38
Dünya
A A

Qış səfərləri bu günün səyahətçiləri arasında sürətlə populyarlaşır. “Tripadvisor”un Winter Travel Index hesabatına görə, səyahətçilərin 60%-i bu mövsümdə yola çıxmağı planlaşdırır və qış turları üzrə rezervasiyalar ötən illə müqayisədə 45% artıb. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər həm canlı şəhər mühiti və mədəni təcrübələr, həm də isti tropik istiqamətlər axtardıqları üçün tendensiya yüksəlməkdədir.

Türkiyə isə dörd mövsüm unikallığı ilə seçilən, qış istirahəti və şəhər mədəniyyəti baxımından ən cəlbedici istiqamətlərdən biridir. Xüsusilə ölkənin Şərqi Anadolu bölgəsi geniş panoramalar, qədim tarix və özünəməxsus mətbəxin bir araya gəldiyi unikal bir səyahət təcrübəsi təqdim edir.

Bu bölgədə səyahət edənlər minillər boyunca formalaşmış torpağın ruhunu hiss edir, yadda qalan dadlar kəşf edir, gözoxşayan təbiət mənzərələrini seyr edir və regionun zəngin mədəni mirasını yaşadan mehriban insanlarla tanış olurlar. Bu qış Şərqi Anadoluya səfər, həm ruhu, həm də duyğuları yeniləyən əsl bir kəşf səyahətinə çevriləcək.

Karsda orta əsr ab-havasına səyahət Səyahətinizə Türkiyənin hələ tam kəşf olunmamış qış incisi – Karsdan başlaya bilərsiniz. Məşhur Turistik Şərq Ekspressinin marşrutu üzərində yerləşən şəhər özünəməxsus memarlığı, zəngin mədəni irsi və gözoxşayan mənzərələri ilə qonaqları valeh edir. Çıldır gölündən tutmuş, “kristal qar”ı ilə məşhur Sarıqamışa qədər bu bölgə qışın bütün sehrini yaşadır.
Karsın ən təsirli məkanlarından biri isə şübhəsiz ki, UNESCO Dünya İrsi Siyahısına daxil edilmiş Ani Arxeoloji Kompleksidir. Çıldır gölünün cənubunda yerləşən və Şərqi Anadolunun ən böyük arxeoloji sahəsi olan Ani, orta əsr şəhərsalmasının canlı nümunəsi kimi yüksəlir. Vaxtilə “min bir kilsənin şəhəri” kimi tanınan Ani İpək Yolunun üzərində mühüm mədəni, siyasi və ticarət mərkəzi olub. Bu gün isə təbiətin qoynunda sal qırmızı rəngli xarabalıqları ilə həm xristian, həm də müsəlman sülalələrinin buradakı zəngin irsini səssizcə nümayiş etdirir.

Mütləq dadına baxın: Kars Türkiyənin ən məşhur pendir bölgələrindən biridir. Burada Kars pendiri və Qruyere pendirini dadmaq, həmçinin Kars Pendir Muzeyini ziyarət etmək mümkündür. Axşam yeməyi üçün isə ənənəvi qaz yeməkləri və unudulmaz dada malik hingel (mantı növü) mütləq sınanmalıdır.

Ağrıda Osmanlı zənginliyini hiss edin Növbəti dayanacağınız Ağrı ola bilər. Həm memarlıq irsi, həm də təbii gözəllikləri ilə seçilən bu bölgə qonaqlara xüsusi təsir bağışlayır. Səyahətə Doğubəyazıt rayonunda yerləşən möhtəşəm İshak Paşa Sarayından başlamaq tövsiyə olunur. Osmanlı dövrünə aid bu saray İstanbuldakı Topkapı Sarayının modelində inşa edilib. Onufərqləndirən cəhət isə Osmanlı, Fars və Səlcuq memarlıq üslublarının bir arada
ustalıqla tətbiq edilməsidir.

Saray tam bir kompleks kimi layihələndirilib – məscid, madrasa, hamam, mətbəx və hətta zindanlar kimi bölmələri özündə birləşdirir. Sarayın ən diqqətçəkən cəhətlərindən biri qədim dövr üçün olduqca inkişaf etmiş mərkəzi isitmə sistemidir: xüsusi sobalarda qızdırılan su borular vasitəsilə bütün binaya yayılaraq bölgənin sərt qışlarına qarşı istilik təmin edirdi.
Mütləq görün: Saray, Nuhun gəmisinin endiyi yer hesab edilən Ağrı Dağının (Araratın) ətəyində yerləşir. Şəhərin demək olar ki, hər nöqtəsindən görünən bu əzəmətli dağa qısa bir səfər etməklə bölgənin təbiət möcüzəsini yaxından hiss edə bilərsiniz.

Ahlatın Cittaslow şəhərində səlcuq dövrü məzar daşlarının kəşfi Bitlis həm tarixi, həm də təbiəti ilə səyahətçiləri valeh edən digər gizli bir incidir. Van gölünün sahilində yerləşən gözəl Tatvan rayonunda günə Bitlis balı və yerli  pendirlərdən ibarət bol süfrə ilə başlamaq əsl bölgə ənənəsidir. Daha sonra vaxt itirmədən UNESCO-nun Dünya İrsi Siyahısının Namizəd Siyahısında yer alan Ahlat Məzar Daşlarına ev sahibliyi edən Cittaslow şəhəri Ahlata yollana bilərsiniz.

Ahlatın tarixi Urartu dövrünə qədər uzansa da, burada yerləşən qədim məzar daşları Səlcuq dövrünə aiddir. Bu abidələr Anadolunun erkən türk dövrünə məxsus ən diqqətəlayiq nümunələrdən sayılır və həmin dövrün daş oyma sənəti, ornamentləri və memarlıq üslubu barədə dəyərli məlumat verir.

Mütləq görün: Bölgədəki göz qamaşdıran təbii möcüzələri də unutmayın — Nemrut Krater Gölü və Süphan dağı səyahətinizi tamamlayan unikal mənzərələr təqdim edir.

Akdamar Adası və Akdamar Kilsəsi: Van gölünün bənzərsiz inciləri Yaddaqalan bir sonluq üçün yolunuzu Vana salmağı tövsiyə edirik. Türkiyənin ən böyük gölü olan Van gölünün sahilində yerləşən şəhər, bir zamanlar Urartu dövlətinin paytaxtı olub, daha sonra isə farslardan tutmuş osmanlılara qədər bir çox sivilizasiyaya ev sahibliyi edib.

Gününüzə otlu pendir və murtuğa kimi saysız çeşidləri ilə məşhur ənənəvi Van səhər yeməyi ilə başlayıb, ardından Van gölündə qayıqla Akdamar adasına doğru yola çıxa bilərsiniz. Van gölündəki dörd adadan ölçüsünə görə ikinci olan Akdamar, eyni zamanda möhtəşəm bir kilsə ilə tanınır. Qayalı silsilənin üzərində ucalan Akdamar Kilsəsi, Vaspurakan Krallığının hökmdarları üçün saray kilsəsi kimi inşa edilmiş orta əsr Apostol katedralıdır. Bu gün kilsə üzərindəki incə daş oyma naxışları və freskaları ilə ziyarətçiləri valeh edir. Abidənin bir çox bəzəyi Mərkəzi Asiya türk sənətinin izlərini əks etdirir.

Mütləq görün: Vanın məşhur ağ tüklü, bir gözü mavi, digər gözü kəhrəba rəngli olan   gözəl pişiklərini görmək üçün Van Pişik Evinə də baş çəkə bilərsiniz.

      

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Qəzza rəsmiləri İsrailin atəşkəsi pozduğu 730-dan çox hadisəni qeydə alıb
Dünya

Qəzza rəsmiləri İsrailin atəşkəsi pozduğu 730-dan çox hadisəni qeydə alıb

Dekabr 9, 2025
Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Ostapovskoye icmasını azad edib
Dünya

Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Ostapovskoye icmasını azad edib

Dekabr 9, 2025
Tramp reklamlara görə Kanada ilə ticarət danışıqlarını dayandırır
Dünya

"Üçüncü Dünya Müharibəsi" ola bilər - Tramp

Dekabr 9, 2025
Yanvarın 1-dən Gürcüstana giriş üçün tibbi sığorta məcburi olacaq
Dünya

Yanvarın 1-dən Gürcüstana giriş üçün tibbi sığorta məcburi olacaq

Dekabr 9, 2025
ABŞ hava limanlarına 1 milyard dollar xərcləyəcək
Dünya

ABŞ hava limanlarına 1 milyard dollar xərcləyəcək

Dekabr 9, 2025
Qəzzada ölənlərin sayı 70 366 nəfərə çatıb
Dünya

Qəzzada ölənlərin sayı 70 366 nəfərə çatıb

Dekabr 9, 2025

XƏBƏR LENTİ

ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı

ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı

12 Dekabr, 25 / 22:00
İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

12 Dekabr, 25 / 16:16
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

12 Dekabr, 25 / 16:00
MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

12 Dekabr, 25 / 15:29
Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

12 Dekabr, 25 / 15:27
Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

12 Dekabr, 25 / 15:07
Ərdoğan Putinlə görüşdü

Ərdoğan Putinlə görüşdü

12 Dekabr, 25 / 14:50
DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

12 Dekabr, 25 / 14:28
"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

12 Dekabr, 25 / 13:49
Daxili qoşunlar birbaşa Prezidentə tabe olacaq

Daxili qoşunlar birbaşa Prezidentə tabe olacaq

12 Dekabr, 25 / 13:47
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2025