Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın sədrliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) mütərəqqi inkişafını davam etdirəcəyinə, beynəlxalq arenada nüfuzunu gücləndirəcəyinə əmin olduğunu bildirib.
S.Japarov bunu Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
“Qəbələdə keçirilən sammitin yekunları üzrə Qırğızıstan rəsmi olaraq sədrliyi başa çatdırır və estafeti qardaş Azərbaycana ötürür. Əminəm ki, Azərbaycanın sədrliyi ilə təşkilat mütərəqqi inkişafını davam etdirəcək, beynəlxalq arenada nüfuzunu gücləndirəcək, bütün türk xalqlarının rifahı naminə yeni mühüm təşəbbüsləri həyata keçirəcək”, – o bildirib.
S.Japarov, həmçinin Qırğızıstanın sədrliyini dövründə göstərdikləri dəstək və etimada görə TDT-nin üzv dövlətlərinə minnətdarlığını ifadə edib.
