Şahin Mustafayev Ermənistana getdi
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.
“Xəbərsiz” Report-a istinadən xəbər verir ki, təyyarə artıq İrəvanın aeroportunda eniş edib.
Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





