Qaradağ rayon, Lökbatan qəsəbəsinin bir qrup sakini Qaradağ MTK-dan şikayətçidir.
“Xəbərsiz”in qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, sakinlərin evdə olmasına bamayaraq Qaradağ MTK binanın bünövrəsini zədələyir.
“Biz Lökbatan qəsəbəsində yaşayırıq. Qəsəbənin mərkəzində, “Bravo” marketin yanındakı binada Qaradağ rayon MTK-sı söküntü həyata keçirir. Məqsədləri odur ki, əhali evləri dəyər dəyməzinə onlara versin. Heç bir təhlükəsizlik qaydası gözlənilmir. Sakinləri təhdid edirlər ki, hökümətin layihəsidir, çıxın. Əslində isə bzines layihəsidir – ev tikib satacaqlar. Taxta evdir, sökürlər. İnsanlar da bu binada yaşayır. Bina çöksə hamı dağıntının altında qalacaq”, – deyə şikayətçilər bildirir.
Mövzu ilə bağlı Qaradağ rayon İcra hakimiyyətinin məsul şəxsləri ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Ziyafət Əlisoy
