Serbiya polisi Xarici Kəşfiyyat Xidmətinin göstərişi ilə məscidlərin kənarında donuz başları yerləşdirməkdə şübhəli bilinən 11 nəfəri həbs edib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.
Məlumata görə, həbs edilənlər donuz başlarını doqquz məscidin kənarına qoymaqla yanaşı, Parisdəki Holokost Muzeyinə, bir neçə sinaqoqa və yəhudi restoranına yaşıl boya atmaqda və Berlindəki Brandenburq darvazasının qarşısına beton “skeletlər” qoymaqda şübhəli bilinirlər.
Əli Hacı
