SON DƏQİQƏ! Polis silahlı şəxsi zərərsizləşdirib
Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
“Xəbərsiz” xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.
Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.
Sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





