SON DƏQİQƏ! Sabiq rektor vəfat etdi - FOTO
Bakı Slavyan Universitetinin (BSU) sabiq rektoru, tanınmış alim və ictimai xadim, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva dünyasını dəyişib.
Bu barədə məlumatı mərhumun oğlu “Xəbərsiz”ə açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, Nurlana Müzəffər qızı Əliyeva 2016–2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru vəzifəsində çalışıb. O, zəngin elmi fəaliyyəti dövründə 12 kitabın, eləcə də onlarla elmi və publisistik məqalənin müəllifi olub.
Professor Nurlana Əliyeva həmçinin ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edib. O, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü olub, 2009–2021-ci illərdə isə YAP Respublika Qadınlar Şurasının sədri vəzifəsini icra edib.
Allah rəhmət eləsin!
Ziyafət Əlisoy






