Son günlər Ukrayna Rusiyaya qarşı zərbələrində yalnız Ukrayna silahlarından istifadə edib.
“Xəbərsiz” bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Niderlandın baş nazirinin səlahiyyətlərini icra edən Dik Şoffla keçirdiyi mətbuat konfransında deyib.
“Düşünürəm ki, həmin zərbələrə əsasən, sosial şəbəkələrdə yerləşdirilən fraqmentlərə əsasən, biz dronların harada istifadə edildiyini və harada istifadə olunmadığını başa düşə bilərik”, – deyə o əlavə edib.
İslam İman
