14.02.2026 / 2:15
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 11°C
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi•Elxan Mikayılova yeni vəzifə verildi•DTX səfirliyə terror hücumunun qarşısını aldı – XÜSUSİ ƏMƏLİYYAT•SON DƏQİQƏ! Məşhur vəkil həbs edildi
TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi•Elxan Mikayılova yeni vəzifə verildi•DTX səfirliyə terror hücumunun qarşısını aldı – XÜSUSİ ƏMƏLİYYAT•SON DƏQİQƏ! Məşhur vəkil həbs edildi
Ana Səhifə Özəl

Təhlükəsizlik məsələsində cəmiyyətin rolu

Xəbərsiz Media Xəbərsiz Media
28.01.2026 / 15:08
Özəl
A A

Bəzən təhlükə gəlirəm demir, nə atəş açılır, nə silah səsləri eşidilir, nə də küçələri panika dalğası bürüyür. Bu təhlükənin səsi insanların gündəlik həyat tərzinin səsi ilə eyni olur. Bu təhlükə rəngsiz görünsə də kənardan pıçıltı ilə bəlkə də səssiz, lakin daxilində yatan kütləvi qırğınlar, təşviş, siyasi ideoloji məqsədlər, panika, həyəcan və son olaraq ölkəyə matəm donunu geyindirmək məqsədi daşıyır. İdeoloji əsaslar dini şüarların arxasında pusqu qurur. Bu “Səssiz faciə” bizim üçün başqa ölkələrdə baş vermiş “Terror aktı” anlayışı kimi xəbərlərdə yer alır. Məsələn, xəritədə Azərbaycanla həmsərhəd olmayan ölkələr – Əfqanıstan, Suriya, İraq kimi Azərbaycanın rifahını təhlükəyə atmayan yerlər kimi görünür. Lakin bu son hadisələr “Səssiz faciə” artıq coğrafiya tanımır və cəmiyyətin içinə sızacaq qədər bizə yaxındır.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat Xidməti məlumat yaydı: “Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs ediliblər”. DTX-nin əməliyyat qrupu hücumun, insan itkisinin, partlayışın və ən əsası planlaşdırılan bir “Terror aktı”-nın qarşısını aldı. Bu dəfə terrorun hədəfi uzaq cografi ölkələr deyil, Bakının mərkəzində yerləşən bir səfirlik idi. Bütün bu ssenarini real həyatda tətbiq etmək üçün seçilən “qurbanlar” elə məhz cəmiyyətin içindən, gənc nəsil arasından seçilmişdi. “Kimlərsə” ssenarini yazır və onlara kor-koranə tabe olan gənclər də səssiz şəkildə yazılanı oynayırlar. Burada ən azı “Səssiz faciə” qədər təhlükəli olan elə səssiz şəkildə də yeridilən “beyinlərin işğalı” siyasətidir. Hadisəni həyata keçirmək üçün tutulan qurbanların yaşına diqqət yetirsək vəziyyətin nə qədər kritik olduğunu anlamaq çətin olmaz. Bunlar 2000 və 2005-ci il təvəllüdlü cəmiyyətin “gənc qurbanlarıdırlar”. Hərçənd onlar artıq DTX tərəfindən zərərsizləşdirib və qanuna uyğun cəzalandırılacaqlar.

Burada adi görünən “beyinlərin işğalı” siyasəti gözə görünməz formada mərhələli şəkildə təbliğ olunur. Terrorun kökündə elə bu siyasət durur. Terrorçuların alətinə çevrilmiş siyasət dini donunu geyinərək öncə insanın düşüncəsinə səssizcə daxil olur və zamanla insanın şüurunu elə keçirərək insan beynini şəxsi iradələrinə uyğun kodlarla yenidən yazırlar. Öncə cəmiyyətlə insanın arasına nifaq toxumu səpirlər. Cəmiyyətin daim ona qarşı ədalətsiz davrandığını və haqqının tapdanıldığı təbliğ olunur. Artıq insan cəmiyyətdən uzaqlaşaraq öz yolunu tutmaq qərarını alır. Əslində bu qərar “kimlərinsə” yeni qurbanının şüurunu itirmiş və artıq şüursuz şəkildə onlara tabe olacağının qərarıdır. Daha sonra cəmiyyətlə insan arasında ayrı-seçkilik qanuna qoyulur və düşüncə olaraq 2 cəbhə formalaşır. “Allah tərəfindən seçilənlər” (onlara cənnət vəd olunur) və “Allahdan uzaq düşmüşlər”. Bu cəbhə artıq beynin tam şüursuz şəkildə tabe olması deməkdir. Daha sonra onların yazdığı “din” anlayışı beyinlərə köçürülür. Bu dinin tələbləri zorakılıq savab əməl, kütləvi insan qətli isə Allahın hökmüdür. İnsan artıq cinayəti şüursuz şəkildə savab əməl kimi qəbul edir. Cinayət “Qurban”lara Allah tərəfindən göndərilən müqəddəs missiya olaraq aşılanır.
Bu prosesin böyük bir mərhələsi görünməyən əlaqələrdə baş verir. Sosial media okeanının ən gizlin məkanları məhz bu prosesin həyata keçirilməsi üçün ən əlverişli ünvandır. “Qapalı qruplar”, “Gizlin mesajlaşma proqramları” bu prosesin ocağıdır. Insan ona deyilənə şüursuz tabe olur və burada əlavə sual vermək “Allaha şərik qoşmaq” qədər günahdır. Və hər bir günahın öz cəzası var.

Bu hadisədə DTX əməliyyat qrupu hücumun, insan itkisi və partlayışın qarşısını aldı. Təhlükəsizlik baxımından əməliyyat uğurla nəticələnib. Amma hadisə eyni zamanda cəmiyyət üçün xəbərdarlıqdı: tutulanlar yalnız terroru icra edən, göz önündə olanlardır. Radikalizmin özəyi isə hələ aktivdir. Terrorçuların Xarici səfirliyi hədəf almasının məqsədi dövlətlərarası münasibətlərə zərbə vurmaq və ölkəni beynəlxalq arenada risk altına qoymaqdır. Radikalizmi bəzən “ədalət”, “iman”, “din” və “qardaşlıq” kimi qəbul olunan sözlərin arxasında gizlənir. Burada müəllimlər, dini icmalar və media üzərinə böyük yük düşür. Cəmiyyətə dinin mahiyyətini sağlam şəkildə, qorxutmadan, şüurlu şəkildə anlatmaq lazımdır. Terrorla mübarizə yalnız hüquq-mühafizə orqanları tərəfindən aparılmır. Cəmiyyətin şüuru da qalxan rolunu oynayır. Sağlam dini bilik, müzakirəyə açıq münasibət, maarifləndirmə və gənclərlə daimi ünsiyyət bu mübarizənin ən güclü silahlarıdır.

Şəms Zaman

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Nazir postuna yeni təyinat: Rəşad İsmayılov kimdir? 
Manşet

Nazir postuna yeni təyinat: Rəşad İsmayılov kimdir? 

Fevral 10, 2026
Məşhurluq və cahillik: Silikonlu həcixanımlar, pullu həcilər
Manşet

Məşhurluq və cahillik: Silikonlu həcixanımlar, pullu həcilər

Yanvar 30, 2026
Endirim adı altında kifli məhsul? “Bazarstore”dən şikayət - VİDEO
Özəl

Endirim adı altında kifli məhsul? “Bazarstore”dən şikayət - VİDEO

Yanvar 29, 2026
DSX-də yeni təyinat: Nəsib Mirzəyev kimdir? – DOSYE
Manşet

DSX-də yeni təyinat: Nəsib Mirzəyev kimdir? – DOSYE

Yanvar 28, 2026
“Referans VİP”də nə baş verir? Tibbi müəssisə, yoxsa əyləncə məkanı?
Manşet

“Referans VİP”də nə baş verir? Tibbi müəssisə, yoxsa əyləncə məkanı?

Yanvar 27, 2026
Sumqayıtda sahibkarı alçaldan məmur kimdir? – DOSYE
Manşet

Sumqayıtda sahibkarı alçaldan məmur kimdir? – DOSYE

Yanvar 19, 2026

XƏBƏR LENTİ

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

“ARB” kanalının yayımı 24 saatlıq DAYANDIRILACAQ

13 Fevral, 26 / 20:29
12 kəndi 23 saata düşməndən azad edən qəhraman... - Saqi Babayev

12 kəndi 23 saata düşməndən azad edən qəhraman... - Saqi Babayev

13 Fevral, 26 / 19:51
Ata Abdullayev azadlığa çıxdı

Ata Abdullayev azadlığa çıxdı

13 Fevral, 26 / 16:24
İlham Əliyev Almaniyada səfərdədir - FOTOLAR

İlham Əliyev Almaniyada səfərdədir - FOTOLAR

13 Fevral, 26 / 15:23
Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək 

Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək 

13 Fevral, 26 / 15:22
İlham Əliyev Almaniyaya səfərə getdi

İlham Əliyev Almaniyaya səfərə getdi

13 Fevral, 26 / 15:15
DTX-nin saxladığı sabiq icra başçısı ilə bağlı yeni QƏRAR

DTX-nin saxladığı sabiq icra başçısı ilə bağlı yeni QƏRAR

13 Fevral, 26 / 15:02
Sahil Babayev əmr imzaladı - Bu strukturlar ləğv edildi 

Sahil Babayev əmr imzaladı - Bu strukturlar ləğv edildi 

13 Fevral, 26 / 14:43
Tramp Çinə gedəcək

Tramp Çinə gedəcək

13 Fevral, 26 / 14:42
 “Jade” hotelində meyiti tapılan gənc KİMDİR?

 “Jade” hotelində meyiti tapılan gənc KİMDİR?

13 Fevral, 26 / 14:10
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026