Təslim olmayacağıq - Qalibaf
ABŞ İranla qarşılıqlı anlaşma memorandumunu pozub.
“Xəbərsiz” xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
“ABŞ tərəfindən anlaşma memorandumu ciddi şəkildə pozuldu: boğazla bağlı İranla əldə olunmuş razılaşmalar pozuldu; yeni hərbi zərbələrlə bağlı davamlı təhdidlər yaşanır; neft sanksiyaları yenidən tətbiq edilir; İranın cənub bölgələrinə hücumlar baş verir; sionist rejimin İrana qarşı təcavüzü davam edir. Hədə-qorxu və şantaj dövrü bitdi. Bu, bizi heç yerə aparmır. Biz təslim olmayacağıq”, – o bildirib.





