Tailand və Kamboca arasında atəşkəs razılaşmasına baxmayaraq, sərhəd boyu yayılan toqquşmalar yenidən başlayıb.
“Xəbərsiz” bildirir ki, toqquşmalarda ölənlərin sayı 10-a çatıb.
Kamboca mətbuatının məlumatına görə, hakimiyyət Tailand əsgərlərinin mülki yaşayış məntəqələrini hədəf aldığını açıqlayıb. Açıqlamada qeyd olunub ki, son iki gündə baş verən hücumlarda 7 mülki vətəndaş həlak olub, 20 nəfər yaralanıb.
Tayland mediası gecə boyu davam edən qarşıdurmalarda iki əsgərin öldüyünü, bir əsgərin isə yaralandığını bildirib. Bir gün əvvəl daha bir ölüm Tayland tərəfində öldürülən əsgərlərin sayını üçə çatdırdı.
Beləliklə, toqquşmalarda ümumi can itkisi 10-a yüksəlib.
Xəbərsiz
















