İranda Tehran Universitetinin Mühəndislik Fakültəsinin laboratoriyasında partlayış baş verib .
“Xəbərsiz” xəbər verir ki, partlayış nəticəsində bir tələbənin öldüyü, dördünün isə yaralandığı bildirilir.
Partlayışın universitetin Əmirabad ərazisində Materiallar və Metallurgiya Departamentinin laboratoriyasında hidrogen kapsulunun partlaması nəticəsində baş verdiyi vurğulanır.
İslam İnam
