SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
17 Avqust 2026
Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib
17 Avqust 2026
Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?
15 Avqust 2026
Əsas/Cəmiyyət/Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən...
Cəmiyyət

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən...

Xəbərsiz Media
18 İyun 2026

Məhərrəmlik ayının başlaması ilə ölkədə toy mərasimlərinin keçirilməsində ənənəvi olaraq müəyyən azalma müşahidə olunur. Bu vəziyyət şadlıq evləri, musiqi qrupları, foto-video xidmətləri və digər toy sektoru iştirakçılarının fəaliyyətinə təsir göstərir. Bununla belə, bu dövrdə keçirilməyən məclislərin sonrakı aylara təxirə salınması bazarda müvəqqəti durğunluğun ardınca sifarişlərin artmasına səbəb olur.

“Xəbərsiz” xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, Məhərrəmlik ayı ilə əlaqədar toy mərasimlərinin sayının azalması Azərbaycan bazarında hər il təkrarlanan mövsümi iqtisadi hadisələrdən biridir:

“Toy bazarı Azərbaycan iqtisadiyyatında mühüm paya sahibdir. Bu dövrdə şadlıq sarayları, foto-video xidmətləri, musiqi qrupları, dekorasiya şirkətləri, gül satışı, şirniyyat istehsalı və digər əlaqəli xidmət sahələrində fəaliyyət nisbətən zəifləyir. Lakin bu, bazarda tələbin tam yox olması deyil, sadəcə müəyyən müddətə təxirə salınması deməkdir. Adətən Məhərrəmlikdən sonra gözləmə mövqeyində olan ailələrin eyni vaxtda toy tarixləri müəyyənləşdirməsi bazarda qısamüddətli tələb artımı yaradır. İqtisadi baxımdan bu proses “təxirə salınmış tələbin bazara qayıtması” kimi xarakterizə olunur. Tələbin qısa müddətdə artması isə bəzi xidmət növlərində qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə məşhur şadlıq sarayları, tanınmış musiqi kollektivləri, fotoqraflar və digər yüksək tələbatlı xidmət təminatçıları üçün rezervasiyaların sürətlə dolması qiymət artımı üçün əlverişli şərait yaradır. Bazarın təklif imkanları məhdud olduğu halda tələbin artması klassik bazar qanunlarına uyğun olaraq qiymətlərə təsir göstərir”.

O deyib ki, qiymət artımının kəskin olacağını gözləmirəm:

“Çünki toy bazarında rəqabət kifayət qədər yüksəkdir. Bakıda və regionlarda fəaliyyət göstərən çoxsaylı şadlıq sarayları və xidmət şirkətləri qiymətlərin nəzarətsiz yüksəlməsinə imkan vermir. Əksinə, bəzi hallarda müəssisələr boş qalmamaq üçün kampaniyalar və endirim paketləri də təklif edirlər. Son illərdə ailələrin toy xərclərinə yanaşmasında da dəyişiklik müşahidə olunur. Əhalinin gəlirləri, inflyasiya amili və ümumi iqtisadi şərait daha rasional xərc davranışını təşviq edir. Bir çox ailələr artıq daha böyük və təmtəraqlı məclislərdən çox, büdcələrinə uyğun seçimlərə üstünlük verirlər. Bu da xidmət göstərən müəssisələrin qiymət siyasətinə təsir edən mühüm amillərdən biridir. Əgər Məhərrəmlikdən sonrakı dövrdə toy sifarişlərinin sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artarsa, qiymət artımı daha çox premium seqmentdə özünü göstərə bilər. Yəni yüksək reytinqli şadlıq saraylarında, məşhur aparıcı və musiqi qruplarında qiymətlərin yüksəlməsi ehtimalı daha yüksəkdir. Orta və aşağı qiymət seqmentlərində isə rəqabət amili qiymətlərin daha sabit qalmasına səbəb olacaq. Məhərrəmlikdən sonra toy bazarında canlanma əlbəttə ki, olacaq. Lakin bu canlanmanın bütün bazar üzrə kəskin qiymət sıçrayışı yaratmasından daha çox, müəyyən xidmət növlərində və populyar məkanlarda lokal qiymət artımları ilə müşayiət olunacağını gözləmək daha real görünür. Toy bazarında qiymətləri müəyyən edən əsas amil mövsümi canlanma deyil, tələb və təklif arasındakı balansdır. Tələb müvəqqəti artır, lakin rəqabət bazarın qiymətləri həddindən artıq yüksəltməsinin qarşısını alan əsas mexanizm olaraq qalır”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm17 Avqust 2026

Sara Əliyeva mukafata layiq görülüb

Mədəniyyət17 Avqust 2026

Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib

Gündəm15 Avqust 2026

Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?

Hadisə15 Avqust 2026

Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA

Dünya15 Avqust 2026

Ukrayna ordusu Rusiyada bu mərkəzi “Flaminqo” ilə vurdu

Dünya15 Avqust 2026

84 yaşlı tanınmış şair DƏNİZDƏ BOĞULDU

Cəmiyyət15 Avqust 2026

Azərbaycanda 13 yaşlı qız atasının dostundan hamilə qaldı

Cəmiyyət15 Avqust 2026

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin SAYI AÇIQLANDI

Gündəm12 Avqust 2026

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

Dünya12 Avqust 2026

Türkiyədə F-16 qəzaya uğradı

Həmçinin oxu

Cəmiyyət

Azərbaycanda 13 yaşlı qız atasının dostundan hamilə qaldı

No Comment
228 baxış
Cəmiyyət

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin SAYI AÇIQLANDI

No Comment
316 baxış
Cəmiyyət

Toya hazırlaşanlara vacib xəbər: 10 faiz artım var

No Comment
33 baxış
Cəmiyyət

Azərbaycanda orta aylıq əməkhaqqı artdı

No Comment
34 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Hüquqşünas yoxsa saxtakar? Xəyal Məmmədov kimdir?
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA
İqtisadiyyat
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
Azərbaycan əhalisinin sayı artdı

Bölmələr üzrə

Baxış bucağı 809
Cəmiyyət 2192
Dünya 1268
Elm və təhsil 377
Gündəm 1276

Bütün müəllif hüquqları qorunur - 2026