Biz hamını xoşbəxt edəcəyik. İstər yəhudilər, istər müsəlmanlar, istərsə də ərəb ölkələri – hər bir ölkə küçələrdə rəqs edir. Bu, məncə, bir daha görməyəcəyimiz andır”.
“Xəbərsiz” bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində deyib.
Tramp əlavə edib ki, o, atəşkəsin davam edəcəyinə inanır və bunun üçün “çalışır:
“Bu, təkcə son illərdə deyil, əsrlərdir ki, davam edir. Düşünürəm ki, insanlar bundan beziblər. Atəşkəs davam edəcək. Hər kəs özünü layiqli aparacaq. Mən bir çox insan üçün həyatı yaxşılaşdırdım”.
Əli Hacı
