ABŞ Prezidenti Donald Tramp Qəzzada əldə olunan atəşkəs razılaşması ilə bağlı bu gün toplanacaq Şarm əl-Şeyx Sülh Sammitində iştirak etmək üçün Misirə gedən təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.
“Xəbərsiz” bildirir ki, o, başda Türkiyə, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri olmaqla bir çox fərqli müsəlman ölkəsinin Qəzzada qüvvəyə minən atəşkəsə əhəmiyyətli töhfələr verdiyini qeyd edib:
“Yeri gəlmişkən, Türkiyə də böyük idi. Prezident Ərdoğan böyük idi, həqiqətən də yardımçı oldu. Çünki çox hörmətlidir. Onun çox güclü milləti, çox güclü ordusu var”.
İslam İman
