Donald Trampın Qəzza sülh planı Rusiya və Ukrayna arasındakı münaqişəyə tətbiq oluna bilər.
“Xəbərsiz” bildirir ki, bu sözləri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff “Fox News” telekanalına müsahibəsi zamanı deyib.
“Prezident hər yerdə sülh görmək istəyir. Söhbət təkcə Qəzzədən getmir. Söhbət Yaxın Şərqin digər bölgələrində bunun necə həyata keçirildiyi və nəticəsinin necə olacağından gedir. Bu, hətta Rusiya və Ukraynaya da tətbiq oluna bilər”, – deyə Vitkoff bildirib.
Xüsusi nümayəndə əlavə edib ki, hər iki münaqişə həll olunmalıdır, lakin Ukrayna böhranından fərqli olaraq Qəzzə üçün nizamlama planı artıq mövcuddur.
Əli Hacı
