ABŞ prezidenti Donald Tramp Mark Savayanı İraq üzrə xüsusi elçisi təyin etdiyini açıqlayıb.
“Xəbərsiz” bildirir ki, o, bu barədə sosial media hesabında yazıb.
“Markın İraq – ABŞ münasibətləri və onun regiondakı əlaqələri haqqında dərin biliyi Amerika xalqının maraqlarını irəlilətməyə kömək edəcək”, – Tramp bildirib.
Tramp qeyd edib ki, Savaya Miçiqan ştatında prezidentlik kampaniyası üzərində çalışıb və ona amerikalı müsəlmanların səslərini toplamağa kömək edib.
Əli Hacı
