ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatları və Rusiyanın enerji infrastrukturunu hədəf alan hücumlar təşkil etməsi üçün uzaqmənzilli raket yardımı verməyi nəzərdən keçirdiyi bildirilir.
“Xəbərsiz” xəbər verir ki, “Wall Street Journal”ın adı çəkilməyən ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Vaşinqton administrasiyası Rusiya-Ukrayna müharibəsində vasitəçilik cəhdlərindən sonra siyasətini dəyişir.
ABŞ prezidenti Donald Tramp Ukraynanın kəşfiyyat orqanlarına və Müdafiə Nazirliyinə Rusiyanın enerji infrastrukturuna uzaqmənzilli raketlərlə hücumlar təşkil etmək üçün məlumat vermək icazəsi verib.
ABŞ-ın digər NATO üzvlərindən də Ukraynaya analoji yardım göstərməsini tələb etdiyini bildirən rəsmilər, Vaşinqtonun hücumlar üçün Kiyevə “Tomaqavk” kimi uzaqmənzilli raket dəstəyi verməyi də nəzərdən keçirdiyini, lakin hələlik yekun qərarın əldə olunmadığını qeyd ediblər.
Bu yardım Tramp administrasiyasının Rusiyanın enerji hədəflərinə qarşı uzaqmənzilli raket zərbələrində Ukraynaya ilk dəfə dəstək verəcək.
Əli Hacı
