ABŞ prezidenti Donald Tramp Kanada ilə ticarət danışıqlarını dayandırıb.
“Xəbərsiz” xəbər verir ki, səbəb kimi qonşu ölkədə tariflərə qarşı aparılan reklam kampaniyası olduğu bildirilir.
ABŞ prezidenti Kanadanı yalnış reklam kampaniyasında ittiham edib.
Buna səbəb kimi Kanadanın Ontario əyalətinin hökuməti tərəfindən yayılan videoda ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın tariflərin mənfi cəhətlərini müzakirə edərkən səsinin eşidilməsi olduğu iddia edilir.
ABŞ təşkilatı “The Ronald Reagan Presidential Foundation & Institute” əvvəllər şikayət etmişdi ki, Reyqanın 1987-ci ildə etdiyi əvvəlki radio müraciətinin səsyazmalarından reklam çarxı üçün icazəsiz istifadə edilib – və videonu hazırlayanlar 2004-cü ildə vəfat etmiş Respublikaçının “seçilmiş şəkildə istifadə edilən” ifadələrini yanlış şəkildə videoya yerləşdiriblər.
Təşkilat X-də dərc olunan bəyanatda qanuni tədbirləri nəzərdən keçirdiyini yazıb.
İslam İman
