Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynanı sona qədər dəstəkləmək niyyətini açıq şəkildə göstərdiyini bildirib.
“Xəbərsiz” xəbər verir ki, Zelenski bu barədə BMT Baş Assambleyasının ümumi müzakirələrində danışıb.
Zelenski həmçinin Trampın ərazi güzəştləri ilə bağlı mövqeyinin dəyişdiyini qeyd edib:
“Düşünürəm ki, o, bu gün başa düşür ki, biz sadəcə olaraq əraziləri mübadilə edə bilmərik. Bu ədalətsizlikdir”.
Əli Hacı
