ABŞ Prezidenti Donald Tramp İranın İsrailə raket hücumunu şərh edib.
“Xəbərsiz” xəbər verir ki, o, “Fox News” telekanalına açıqlamasında Tehrana danışıqlar masasına qayıtmağı tövsiyə edib.
“İrana deyirəm: siz artıq kifayət qədər atəş açmısınız, bəsdir. İndi isə danışıqlar masasına qayıdın”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, İranla bağlı gərginlik fonunda Amerika hərbçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Məlumata görə, İranın İsrail istiqamətində raketlər buraxmasından sonra İordaniya ərazisində də hava həyəcanı siqnalları işə salınıb.
Bundan əlavə, Suriyanın paytaxtı Dəməşq üzərində partlayış səslərinin eşidildiyi bildirilir.





