Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Dünya

Trampdan Rusiyaya açıq mesaj: Müharibəni dayandır

Xəbərsiz Media
17 İyun 2026
0

ABŞ Prezidenti Donald Tramp G7-nin Fransada keçirilən sammitində Rusiyanın Ukraynaya qarşı müharibəyə son qoymalı olduğunu bildirib. Amerika liderinin bu mövqeyi müttəfiqlərin gələcək addımları ilə bağlı nikbinliyə əsas verir.

“Xəbərsiz” xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.

“Bizə nikbinlik üçün əsas verən şey Prezident Trampın Rusiyanın bu müharibəni dayandırmalı olduğu barədə sözləridir. Düşünürəm ki, bu, açıq siqnaldır. Rusiya bu müharibəni dayandırmalıdır”, – kansler vurğulayıb.

Mertsin sözlərinə görə, sammit iştirakçıları Trampla Ukrayna ilə bağlı gələcək addımları və Rusiyaya qarşı mümkün yeni sanksiyaları ətraflı müzakirə ediblər:

“Onunla bu barədə, eləcə də mümkün əlavə sanksiyalar da daxil olmaqla, növbəti addımlar barədə ətraflı danışdıq. Avropa İttifaqının yaxın günlərdə nə edəcəyini izah etdik. Onun əməkdaşlıqda maraqlı olduğunu, həmçinin çox diqqətlə dinlədiyini də gördüm”.

Almaniya Kansleri ümid etdiyini bildirib ki, ABŞ və Avropa müharibəyə son qoymaq üçün birgə işləməyə davam edəcəklər.




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.