ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağına hücumlarının sona çatması ilə bağlı açıqlama verib.
“Xəbərsiz” bildirir ki, bu barədə CNN-ə danışan Tramp, İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağındakı bombardmanları dayandırıb dayandırmayacağı ilə bağlı suala “Bəli,o, bombardmanları dayandıracaq” deyə cavab verib.
Tramp həmçinin atəşkəs razılaşmasının qüvvəyə minməsi ilə bağlı ümidlərini təsdiqləyərək Netanyahunun onun “geniş baxışını” dəstəkləyəcəyini bildirib. ABŞ prezidenti həmçinin bəyan edib ki, o, sülh planını həyata keçirmək üçün səylə çalışır.
Əli Hacı
