Türkiyənin dövlət enerji şirkəti “Botaş” “Türk axını” və “Mavi axın” vasitəsilə bir il müddətinə nəql olunan 21,75 milyard kubmetr qaz boru kəməri üçün “Qazprom”la müqaviləni yeniləyib.
“Xəbərsiz” bildirir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar İstanbulda keçirilən enerji sammitində deyib.
“Botaş “Türk axını” və “Mavi Axın”dan 21,75 milyard kubmetr qaz almaq üçün “Qazprom”la müqaviləsini daha bir il müddətinə uzadıb. Beləliklə, tədarük təhlükəsizliyi baxımından Türkiyə üçün heç bir təhlükə yoxdur. Ümid edirəm ki, bu qaz Botaş tərəfindən alınaraq Türkiyəyə çatdırılacaq. İdxal və səmərəlilik baxımından satıcıların daha rəqabətli qiymət təklif etdiyi bir nöqtəyə gəlmək lazımdır”, – deyə o bildirib.
Bayraktar əlavə edib ki, Botaşdan başqa Türkiyə özəl şirkətləri də Rusiyadan qaz alır:
“Onların müqavilələrinin müddəti hələ başa çatmayıb, ən erkən müddəti təxminən 2033-cü ildə, bəziləri isə 2040-cı ilə qədər davam edəcək. Özəl sektorun bu cür müqavilələrə girməsi üçün heç bir hüquqi maneə yoxdur, lakin rəqabətli qiymətlər çox vacibdir”.
Xəbərsiz

















