Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün əlində olan bütün diplomatik vasitələrdən istifadə edir.
“Xəbərsiz” bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orbanla danışıqlardan sonra deyib.
“Bugünkü danışıqlarda biz aktual regional və qlobal problemləri, o cümlədən Yaxın Şərq və Ukraynadakı hadisələri müzakirə etdik. Müharibənin ilk vaxtlarından Ukrayna münaqişəsi Türkiyə tərəflər arasında ədalətli və davamlı sülh əldə etmək naminə diplomatik səylərini səfərbər edib. Bütün dünya ictimaiyyəti bu yolda atdığımız addımlardan xəbərdardır. Biz ədalətli həll yoluna nail olmaq üçün səylərimizi əsirgəməyəcəyik və bu məsələdə dünyanın heç bir tərəfini itirməyəcəyik”, – deyə o, bildirib.
Xəbərsiz

















