Türkiyənin Alanya bölgəsində yerləşən və ruslar arasında məşhur olan “Kleopatra” çimərliyi kanalizasiya suları ilə çirklənib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, çimərlikdə çirklilik səviyyəsi qanuni həddi demək olar ki, 1000 dəfə aşaraq gizli tullantı sularının axıdılması aşkar edilib.
Hesabatda qeyd olunub ki, kanalizasiya borusu “Kleopatra” çimərliyindən başlayaraq “Damlataş” mağarasına qədər uzanır.
Əli Hacı
