UEFA Çempionlar Liqası çərçivəsində keçirilən “Yuventus” – “Qalatasaray” matçı ilə bağlı Türkiyə klubuna cəza tətbiq edib.
“Xəbərsiz” xəbər verir ki, UEFA Apelyasiya Komitəsi “Yuventus”un 3-2 hesabı ilə qalib gəldiyi oyun zamanı azarkeş insidentləri ilə bağlı “Qalatasaray”a qarşı intizam qərarını açıqlayıb. UEFA İntizam Qaydalarının müvafiq maddələrinə əsaslanan qərarda deyilir ki, “Qalatasaray” azarkeşləri meydana əşyalar atıb, fişənglərdən istifadə edib və tribunada digər tamaşaçı pozuntuları qeydə alınıb. Qərara əsasən, “Qalatasaray” 40000 avro cərimə olunub.
Bundan əlavə, “Qalatasaray”ın səfər oyunları ilə bağlı klubun azarkeşlərinə əlavə sanksiya tətbiq olunacaq. Qərara görə, “Qalatasaray” azarkeşləri Çempionlar Liqasının 1/8 finalının cavab oyununda “Liverpul”a qarşı səfərdə komandalarını dəstəkləyə bilməyəcəklər.

















