13.12.2025 / 3:21
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 9°C
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
SON DƏQİQƏ! Əli Kərimliyə ittiham irəli sürülüb•Bakıda yanğın başladı•Çin Yaponiyanı öz hərəkətlərinə yenidən baxmağa çağırır•İsrail ordusundan həmlə – 13 nəfər öldürülüb•General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
SON DƏQİQƏ! Əli Kərimliyə ittiham irəli sürülüb•Bakıda yanğın başladı•Çin Yaponiyanı öz hərəkətlərinə yenidən baxmağa çağırır•İsrail ordusundan həmlə – 13 nəfər öldürülüb•General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Ana Səhifə İdman

UWW Azərbaycanda çimərlik güləşinin inkişafını yüksək qiymətləndirir

Xəbərsiz Media Xəbərsiz Media
04.12.2025 / 16:53
İdman
A A

Dünya Güləş Birliyi (UWW) Azərbaycanda çimərlik güləşinin inkişafını yüksək qiymətləndirir.

“Xəbərsiz” bildirir ki, bununla bağlı ali qurumun www.beachwrestling.org saytında geniş yazı qələmə alınıb:

2019-cu ildə ilk dünya çempionluğunu qazanmasından 2025-ci ildə çoxsaylı qızıl medallarla nəticələnən uğurlu çıxışına qədər keçən 6 il Azərbaycanı sınaq məqsədli bir təşəbbüsdən dünyanın ən güclü və ən geniş qurulmuş çimərlik güləşi proqramlarından birinə sahib ölkəyə çevirdi.

İnkişafın təməli və tətbiq olunan yarış formatı
Azərbaycan Güləş Federasiyası (AGF) 2019-cu ildə çimərlik güləşinə strukturlaşdırılmış yanaşma tətbiq edərək U17 yaş qrupundan böyüklərə qədər uzanan inkişaf yolunun əsasını qoydu. Cəmi üç il ərzində Azərbaycanın U17 və U20 milli komandaları artıq dünya və Avropa titullarını qazanmağa başladı ki, bu da proqramın nə qədər sürətlə inkişaf etdiyini və yetkinləşdiyini göstərirdi.
AGF beynəlxalq çimərlik güləşi formatını qəbul etdi. Qum üzərində hazırlığa start verildi və burada əsas diqqət tarazlıq, dözümlülük və çimərlik güləşinə xas olan partlayıcı hücum texnikalarına yönəldi. Bu sistemli yanaşma indiyədək altısı qızıl olmaqla 12 dünya çempionatı medalı qazandırıb. Onlardan biri 4 qat dünya çempionu İbrahim Yusubovdur.

Daxili bazanın qurulması və qadınların idmana böyük dönüşünün təmin edilməsi
2025-ci ilin iyulunda keçirilən və 150 iştirakçının yer aldığı çimərlik güləşi üzrə Azərbaycan çempionatında ilk dəfə qadınlar arasında da yarışlar keçirildi və bu, idmanın ölkə daxilində əhatəsini genişləndirən, qadın idmançılar üçün beynəlxalq arenaya çıxış yolu yaradan mühüm mərhələ oldu. Bu, federasiyanın daha geniş strategiyasını əks etdirirdi: yalnız kişilər arasında elit nəticələrə yönəlmək əvəzinə, bütün bölmələr üzrə davamlı və dayanıqlı idmançı axını yaratmaq.

Beynəlxalq nəticələr: 2019–2025
Azərbaycanın beynəlxalq arenada yüksəlişi 2019-cu ildə başlandı. Həmin il Oyan Nəzəriani Dünya Seriyasının ilk mövsümündə +90 kq-da titul qazanaraq həm “Big Gun” ləqəbini aldı, həm də ölkəsinin çimərlik güləşində ilk dünya çempionu kimi tarixə düşdü. Bu uğur ardıcıl nailiyyətlərin əsasını qoydu. 2022-ci ildə İbrahim Yusubov Rumıniyanın Konstantsa şəhərində keçirilən Dünya Seriyasının finalında 90 kq titulunu qazanaraq Azərbaycanın böyüklər arasında ikinci dünya çempionluğunu əldə etdi. Onun çıxışını 70 kq-da mütəmadi olaraq kürsüyə yüksələn Ramiz Həsənov tamamladı. O, 2022-ci ildə ümumi hesabda gümüş medal qazandı. İki il sonra isə 80 kq-da eyni uğuru təkrarladı. Bu nəticələr Azərbaycanı beynəlxalq səhnədə ciddi rəqib kimi təsdiqlədi. 2024-cü ildə Yusubov artıq dominant fiqura çevrilmişdi. O, ardıcıl Dünya Seriyası titullarını qazanaraq taktiki peşəkarlığı və soyuqqanlılığı ilə seçildi. Onun uğurları növbəti nəsil güləşçilərə – Vüsal Əliyev və Sahib Dadaşova ilham verdi və onlar da böyüklər arasında medal mübarizəsinə qoşulmağa başladılar. 2025 mövsümü isə indiyə qədər ən uğurlu dövr oldu. Misirin İsgəndəriyyə şəhərində keçirilən Dünya Seriyasının finalında İbrahim titulunu qoruyaraq ardıcıl 4-cü dünya çempionluğuna imza atdı. Vüsal isə böyüklər arasında debüt mövsümündə 80 kq-da qızıl medal qazandı. Bu, komandanın tarixdəki ən güclü nəticələrindən birinə çevrildi.
Gənclər arasında da tarixi bir addım atıldı. Yunanıstanın Katerini şəhərində keçirilən U17 dünya çempionatında Ülviyyə Musayeva (55 kq) qızıl medal qazanaraq, Azərbaycan tarixində çimərlik güləşində ilk qadın dünya çempionu oldu. Bu turnirin nəticələri 2026 Gənclər Olimpiya Oyunları üçün kvotaların müəyyənləşdirilməsində də nəzərə alınacaq.

Gələcəyə baxış
Oyan Nəzərianinin və İbrahim Yusubovun son qarşılanma mərasimi zamanı səsləndirdiyi fikirlərin də yer aldığı yazının son cümlələri belədir:
AGF-nin növbəti hədəfi yarışlarda kişilər arasında tam heyətlə çıxış etməkdir. Federasiya paralel olaraq, qadınlar və gənclər üzrə inkişaf proqramlarını genişləndirir və bu istiqamətə xüsusi milli layihələrlə dəstək verir. Yusubovun mentorluq roluna keçidi, Nəzərianinin vaxtilə özü çıxış etdiyi komandaya rəhbərlik etməsi və Musayevanın yeni nəslin ən parlaq istedadlarından biri kimi yüksəlişi fonunda Azərbaycanın çimərlik güləşi bazası bu gün heç vaxt olmadığı qədər güclüdür.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

"Olduqca əsəbiyəm, yaxşı olar ki..." - “Qarabağ”ın qapıçısı sərt danışdı
İdman

"Olduqca əsəbiyəm, yaxşı olar ki..." - “Qarabağ”ın qapıçısı sərt danışdı

Dekabr 11, 2025
Hitoşi Kasuyanın rəhbərliyi ilə XXXIII Ümumrespublika Texniki Seminar və İmtahan keçiriləcək
İdman

Hitoşi Kasuyanın rəhbərliyi ilə XXXIII Ümumrespublika Texniki Seminar və İmtahan keçiriləcək

Dekabr 11, 2025
"Qarabağ" birbaşa Çempionlar Liqasına qatıla bilər
İdman

"Qarabağ" 3 pillə gerilədi

Dekabr 11, 2025
U-17 Almaniya yığması ilə eyni qrupa düşüb
İdman

U-17 Almaniya yığması ilə eyni qrupa düşüb

Dekabr 10, 2025
AFFA "Neftçi"ni cərimələdi - SƏBƏB
İdman

AFFA "Neftçi"ni cərimələdi - SƏBƏB

Dekabr 10, 2025
"Qarabağ" - "Ayaks" oyunu bu kanalda yayımlanacaq
İdman

"Qarabağ" - "Ayaks" oyunu bu kanalda yayımlanacaq

Dekabr 10, 2025

XƏBƏR LENTİ

Azərbaycanda bu şəxslərə mənzil veriləcək

Azərbaycanda bu şəxslərə mənzil veriləcək

12 Dekabr, 25 / 23:38
ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı

ADSEA kollektivi Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini andı

12 Dekabr, 25 / 22:00
İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

İcra başçısının müavini ilə dalaşan şəxs həbs edildi

12 Dekabr, 25 / 16:16
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

12 Dekabr, 25 / 16:00
MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

MSK ilə bağlı vacib xəbər - YENİDƏN FORMALAŞDIRILACAQ?

12 Dekabr, 25 / 15:29
Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda - FOTOLAR

12 Dekabr, 25 / 15:27
Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

12 Dekabr, 25 / 15:07
Ərdoğan Putinlə görüşdü

Ərdoğan Putinlə görüşdü

12 Dekabr, 25 / 14:50
DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

DTX-nin əməkdaşları Fəxri xiyabanda - FOTO/VİDEO

12 Dekabr, 25 / 14:28
"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

"Ət 22 manat olub, sizsə kiminsə aşnasından danışırsız" - Tolik

12 Dekabr, 25 / 13:49
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2025

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Elm və təhsil
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Özəl
    • Prezident
    • Reportaj
    • Sağlamlıq
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2025