Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inam və etimad yoxdur.
“Xəbərsiz” xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov ARB 24 televiziyasına müsahibəsində deyib.
Ekspertin sözlərinə görə, ötən günlərdə Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına böyük ümidlər bəsləyirdik, amma onlar bizə hər hansı bir dəstək vermədilər.
“Mən düşünürəm ki, Ermənistan da artıq bəzi şeyləri dərindən anlamağa başlayıb. Rusiya narahatdır ki, Ermənistan vaxtından əvvəl, 2044-cü ilə gözləmədən 102-ci bazanın çıxarılması məsələsini gündəmə gətirəcək. Onsuz da bu gün 102-ci baza orada Ermənistan üçün müəyyən problemlər yaradır. Bilirik ki, hansısa ölkənin kontingenti təlim keçirsə, yerdəyişmələr edirsə, bu barədə məlumat verməlidir. Amma biz zaman-zaman gərginlik fonunda belə xəbərdarlıqların edilmədiyini görürük və bu da öz növbəsində Ermənistanı qıcıqlandırır” , – deyə ekspert əlavə edib.
Ziyafət Əlisoy
