Xəbərdarlıq edildi - Sabah DİQQƏTLİ OLUN
Mayın 21-də bəzi yollarda görünüş çətinləşəcək.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





