SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək
24 İyul 2026
Əhaliyə xəbərdarlıq edildi – Şənbə və bazar günlərində…
24 İyul 2026
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24 İyul 2026
Əsas/Manşet/Yağışlara təslim olan Bakı: Nə etməliyik?
ManşetBaxış bucağıSon Dəqiqə

Yağışlara təslim olan Bakı: Nə etməliyik?

Xəbərsiz Media
29 Mart 2026

Son günlər Bakı və Abşeron yarımadası ərazisində müşahidə olunan aramsız və intensiv yağışlar cəmiyyətdə ciddi narahatlıq yaradıb. Küçələrin su altında qalması, nəqliyyatın iflic olması və infrastruktur problemləri bir daha göstərdi ki, şəhər bu cür iqlim hadisələrinə tam hazır deyil.

Lakin məsələyə yalnız problem prizmasından yanaşmaq doğru olmaz. Əslində, bu yağıntılar düzgün idarə olunduğu təqdirdə qiymətli su resursuna çevrilə bilər.

Meteoroloji müşahidələrə əsasən, Bakıda bəzi günlərdə yağıntının miqdarı 24 saat ərzində 40–70 mm-ə çatır. Martın 27-də isə bu göstərici 120 mm təşkil edib ki, bu da aylıq normanın 508 faizinə bərabərdir. Bu həcm qısa müddətdə şəhərə düşən son dərəcə böyük su kütləsi deməkdir.

Aparılan hesablamalara görə, 120 mm yağıntı 1 kvadrat metr sahəyə 0.12 kubmetr su deməkdir. Təxmini hesablamalara əsasən, təkcə bir gün ərzində Bakıya 255.6 milyon kubmetr, Abşeron yarımadasına isə 240 milyon kubmetr yağış suyu düşüb və bu suyun böyük hissəsi istifadə olunmadan birbaşa Xəzər dənizinə axıdılıb.

Maraqlıdır ki, dünyada Bakıya nisbətən qat-qat çox yağıntı alan şəhərlər mövcuddur və bu şəhərlərdə yağış suları ilə bağlı ciddi problemlər müşahidə edilmir. Məsələn, Tokyo şəhərində illik yağıntının miqdarı 1500–1600 mm təşkil edir. Bu isə Bakının illik göstəricisindən təxminən 5–7 dəfə çoxdur. Buna baxmayaraq, Tokioda güclü yağışlar nadir hallarda genişmiqyaslı subasmalara və nəqliyyat iflicinə səbəb olur.

Bunun əsas səbəbi müasir su idarəetmə sistemlərinin tətbiqidir. Bir çox ölkələr artıq yağış sularını itirilən resurs kimi deyil, alternativ su mənbəyi kimi qiymətləndirir.

Dünya təcrübəsi göstərir ki, bu istiqamətdə bir neçə effektiv model mövcuddur:

Yağış suyunun toplanması dünyada ən geniş tətbiq olunan üsullardan biridir və xüsusilə Almaniya, Avstraliya və Hindistan kimi ölkələrdə geniş yayılıb. Bu sistemdə binaların dam örtüklərindən və digər səthlərdən toplanan yağış suyu filtrasiya olunur, xüsusi çənlərdə saxlanılır və sonradan müxtəlif məqsədlər üçün istifadə edilir. Bu su kənd təsərrüfatında suvarma, texniki ehtiyaclar, parkların sulanması, bəzi hallarda isə əlavə təmizləmədən sonra içməli su kimi istifadə olunur. Bu yanaşma həm iqtisadi, həm də suya qənaət baxımından effektiv hesab olunur.

“Süngər şəhər” modeli xüsusilə Çində tətbiq edilir. Bu model çərçivəsində şəhər infrastrukturu elə qurulur ki, yağış suları torpaq tərəfindən udulsun. Yaşıllıq zonaları, parklar və xüsusi örtüklər vasitəsilə suyun yerə hopması təmin edilir və kanalizasiya sisteminə düşən yük azalır. Nəticədə daşqın riski aşağı düşür, şəhər temperaturu azalır və karbon udulması artır.

Yeraltı suyun doldurulması üsulu əsasən Hindistan və Keniya kimi ölkələrdə tətbiq olunur. Bu zaman yağış suları xüsusi quyular vasitəsilə yeraltı su ehtiyatlarına yönləndirilir. Bu, su ehtiyatlarının artırılmasına və quraqlıq risklərinin azaldılmasına xidmət edir.

Kiçik su anbarları və “qum bəndi” texnologiyası isə əsasən Keniya, Efiopiya və Hindistan kimi ölkələrdə geniş yayılıb. Bu sistemdə yağış suları kiçik bəndlərdə saxlanılır və həm kənd təsərrüfatı, həm də içməli su məqsədləri üçün istifadə olunur. Bu texnologiya milyonlarla litr suyun toplanmasına imkan verir.

Şəhər kanalizasiya və inteqrə olunmuş su idarəetmə modeli isə Tokyo, Sinqapur və Rotterdam kimi şəhərlərdə uğurla tətbiq olunur. Bu yanaşmada yağış suları ayrıca sistemlə toplanır, təkrar istifadə olunur və ya təhlükəsiz şəkildə yönləndirilir. Nəticədə daşqın riski azalır və infrastruktur üzərində yük minimuma endirilir.

Bakıda isə əsas problemlərdən biri yağış sularının effektiv idarə olunmamasıdır. Mövcud drenaj (torpaqda və ya tikililərdə toplanan artıq yeraltı və ya yağış sularının süni yollarla (borular, arxlar) ərazidən kənarlaşdırılması sistemidir. Tikililərin bünövrəsini qorumaq, torpağın bataqlaşmasının və eroziyanın qarşısını almaq üçün istifadə olunur – red.) sistemləri çox vaxt intensiv yağıntılara tab gətirmir. Köhnə sistemlər əsasən saatda 10–20 mm yağıntı üçün nəzərdə tutulub, halbuki son illərdə bu göstərici bəzi hallarda 2–3 dəfə artır.

Nəticədə yağış suları ya küçələrdə toplanır, ya da kanalizasiya vasitəsilə dənizə axıdılır. Bu isə həm subasmalara səbəb olur, həm də böyük həcmdə su itkisi ilə nəticələnir.

Digər mühüm problem şəhərsalma ilə bağlıdır.

Şəhər səthinin 70–80 faizi asfalt və beton örtüklə əhatə olunub ki, bu da suyun torpağa hopma imkanını kəskin azaldır.

Mütəxəssislər hesab edirlər ki, vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra addımlar atılmalıdır. Yeni tikilən binalarda yağış suyu toplama sistemlərinin tətbiqi, “süngər şəhər” elementlərinin genişləndirilməsi, keçirici asfalt və yaşıl damların istifadəsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Eyni zamanda yağış suları üçün ayrıca kanalizasiya sisteminin yaradılması da vacib hesab olunur.

Məlumat üçün qeyd edək ki, son illərdə müşahidə olunan intensiv yağıntılar təsadüfi deyil və qlobal iqlim dəyişiklikləri ilə bağlıdır. Elmi araşdırmalara görə, Yer kürəsində orta temperatur 1.1–1.2°C artıb və atmosfer hər 1°C istiləşdikdə təxminən 7 faiz daha çox su buxarı saxlaya bilir. Bu isə daha intensiv yağıntılara səbəb olur.

Nəticə etibarilə, Bakıda yağan güclü yağışlar yalnız problemlər yaratmır, eyni zamanda böyük imkanlar da təqdim edir. Mövcud rəqəmlər göstərir ki, böyük həcmdə su resursu itirilir. Halbuki bu suyun əhəmiyyətli hissəsini toplamaq və səmərəli istifadə etmək mümkündür.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatının, yağış suyu və çirkab su sistemlərinin yaxşılaşdırılmasına dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ölkə üzrə 28 yeni su anbarının tikintisi nəzərdə tutulur.

Ziyafət Əlisoy

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Hadisə24 İyul 2026

Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı

Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Həmçinin oxu

Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
15 baxış
Gündəm

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

No Comment
1.7K baxış
Gündəm

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

No Comment
313 baxış
Manşet

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 

No Comment
195 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2166
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026