“Qarabağ”ın futbolçusu Marko Yankoviç zədəsini sağaldıb.
Bu barədə “Qafqazinfo”ya klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, M.Yankoviç artıq komanda ilə məşqlərə başlayıb.
Qurban Qurbanov şans verəcəyi halda Yankoviç Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda İspanoyada “Atletik”lə oyunda iştirak edəcək.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də baş tutacaq.
