2026-cı il yanvarın 1-dən Gürcüstana daxil olmaq üçün turistlərdən gürcü və ya ingilis dilində tibbi sığorta tələb olunacaq.
“Xəbərsiz” bildirir ki, sığorta Gürcüstana daxil olduğu andan Gürcüstanda qaldığı bütün müddət üçün verilməlidir.
Sığorta hadisələri aşağıdakıları əhatə etməlidir:
qəzalar,
xəsarətlər,
qəfil xəstəliklər,
tibbi evakuasiya
repatriasiya.
Gürcüstanda icbari tibbi sığortası olmayan əcnəbi üçün 300 lari cərimə tətbiq edilir.
Cərimə vaxtı keçibsə, cərimə ikiqat, sonra üç dəfə artırılır. Tələblərə məhəl qoymamaq ölkəyə girişin məhdudlaşdırılmasına və ya deportasiyaya səbəb ola bilər.
Xəbərsiz

















