Yaponiyanın Aomori prefekturasının Misawa sahillərində dünən baş verən 7,5 bal gücündə zəlzələdə 34 nəfər yaralanıb.
“Xəbərsiz”in məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi artçı təkanlar barədə xəbərdarlıq edib.
Yaponiya hökuməti Aomori və İvate prefekturalarında zəlzələ nəticəsində boruların zədələnməsi səbəbindən təxminən 1360 evin susuz qaldığını açıqlayıb.
Təhsil Nazirliyi Aomori ştatında 139 və Hokkaydo prefekturasında 48 məktəbdə dərslərin dayandırıldığını bildirib.
Hokkaydo, Aomori, Miyaqi və Fukusima prefekturalarında atom elektrik stansiyalarında təhlükə qeydə alınmayıb.
Xəbərsiz

















