Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Yeni il öncəsi görüş nəzərdə tutulmur, çünki bu, lazımi hazırlıq tələb edir.
“Xəbərsiz” bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Rusiyanın Birinci Kanalına deyib:
“Hələlik belə bir şey müzakirə olunmur. İclas hazırlanmalıdır və o, nəticə verməlidir. Bunun nəticə verməsi üçün ilk növbədə ekspertlər səviyyəsində iş aparılmalıdır və bu, artıq gedir”.
O əlavə edib ki, hazırda Moskvada Vaşinqton və Kiyev arasında Floridada aparılan danışıqların nəticəsi barədə məlumat yoxdur.
Xəbərsiz

















