Yeni Zellandiyanın xarici işlər naziri Uinston Peters İrana qarşı sanksiyaları bərpa etdiyini açıqlayıb.
“Xəbərsiz” bildirir ki, bu barədə Yeni Zellandiyanın Xarici İşlər və Ticarət Nazirliyi bəyanat yayıb.
“BMT-nin mandatı altında olan sanksiyaların bərpası beynəlxalq ictimaiyyətin İranın nüvə öhdəliklərinə əməl etməməsi və uranın zənginləşdirilməsi üzrə əsassız səviyyələri ilə bağlı dərin narahatlığını əks etdirir”, – deyə bəyanatda bildirilir.
Peters əlavə edib ki, Yeni Zellandiya istənilən mənbədən nüvə silahının yayılmasının qarşısını almaq üçün diplomatik səyləri ardıcıl olaraq dəstəkləyib. Biz İranı danışıqlara yenidən qoşulmağa və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə tam əməkdaşlığı bərpa etməyə qətiyyətlə təşviq edirik.
İslam İman
