Vladimir Zelenski Ukraynanın hərbi əməliyyatların sonuna yaxınlaşdığını bildirib.
“Xəbərsiz” bildirir ki, bu barədə Ukraynanın “Teleqraf” nəşri məlumat yayıb.
“Biz müharibənin mümkün sonuna yaxınlaşırıq. Mən bunu əminliklə deyirəm”, – deyə Zelenski jurnalistlərə bildirib.
O, ehtiyatlılıq qeydini əlavə edib:
“Bu, qətiyyən bitəcək demək deyil. ABŞ prezidenti Yaxın Şərqdə çox şey əldə edib və bu uğurdan ruhlanaraq, Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymağa çalışır”.
Zelenski Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə mümkün görüşdə iştirak etmək istəyini ifadə edərək, Trampın vasitəçiliyi ilə üçtərəfli görüşə və ya dolayı danışıqlara razılaşacağını bildirib.
Əli Hacı
