“The National Interest” nəşri yazır ki, Ukrayna ordusunun döyüş meydanındakı uğursuzluqları və ölkədəki korrupsiya qalmaqalı fonunda Prezident Vladimir Zelenski Ukraynadan İsrailə qaça bilər.
“Xəbərsiz” xəbər verir ki, məqalədə qeyd olunur: “Hətta Zelenskinin özünün Kiyevdən Təl-Əvivə qəfil uçuşu o qədər də şok yaratmayacaq”.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Ukraynadakı korrupsiya qalmaqalının ölkənin siyasi sistemini bütün istiqamətlərdə sarsıtdığını bildirmişdi.
Qeyd edək ki, noyabrın 10-da Ukraynanın Energetika Nazirliyi ilə bağlı korrupsiyaya qarşı NABU genişmiqyaslı əməliyyat həyata keçirib. Aşkarlanıb ki, ölkənin 4 naziri büdcə vəsaitlərini mənimsəməkdə iştirak edib.
Xəbərsiz

















