Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Latviyadakı fövqəladə və səlahiyyətli səfirini vəzifəsindən azad edib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə 752/2025 saylı fərmanla bildirilib.
Qeyd olunur ki, Kutsevol 2022-ci ilin dekabrında Riqaya səfir vəzifəsinə təyin edilib. O, buna qədər Ukrayna Nazirlər Kabinetinin dövlət katibinin müavini işləyib. Kutsevol bu vəzifəyə 2023-cü ilin mayında başlayıb.
2025-ci ilin sentyabrında Latviyanın yeni səfiri Andreys Pildeqoviç Kiyevdə vəzifəsinin icrasına başlayıb. O, beş ilə yaxın Kiyevdə xidmət etmiş İlqvars Klyavanı əvəz edib.
Prezident Vladimir Zelenski Latviya və Bolqarıstana yeni səfirlər təyin edib.
Əli Hacı
