Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Mədəniyyət

Zülfiyyə Xanbabayeva “Gəl” dedi – VİDEO

Xəbərsiz Media
26 İyun 2026
0

Xalq artisti Zülfiyyə Xanbabayeva “Gəl” adlı mahnı və klipini dinləyicilərinə təqdim edib.

“Xəbərsiz” bildirir ki, mahnının sözləri Həmid Məmmədli, musiqisi isə İsmayıl Zadə imzası daşıyır. Aranjiman Oğuz Yılmaz, mix və mastering Emre Kıral, vokal prodüserliyi isə İsmayıl Əsədov tərəfindən həyata keçirilib.

Klipin rejissoru Delee Oruclu, rəssamı Qafar Heydərli olub. Montaj və rəng işləri isə Ravil Əsgərov tərəfindən hazırlanıb.

Layihənin stil konsepti üzərində sənətçinin özü çalışıb. Bu prosesdə ona rusiyalı tanınmış buyer Georgi Rostovşikov dəstək olub. Saç və makiyaj Elnur Həsənov, fotosessiya isə Həsən Əliyev imzası daşıyır.

“Gəl” mahnısı və klipi bütün rəqəmsal platformalarda dinləyicilərin ixtiyarındadır.

 




Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.